lactis və b.) və heterofermentativ (B. lactis aerogenes və b.) bakteriyalar törədir.
Nəticədə məhsulun tərkibində olan şəkər süd turşusuna çevrilir.
C
6
H
12
O
6
2CH
3
CHOHCOOH
Heterofermentativ bakteriyalar süd turşusu ilə yanaşı müəyyən miqdar sirkə
turşusu, spirt, karbon qazı, aseton, diasetil əmələ gətirirlər. Süd turşusu
bakteriyaları susuzluğu yaхşı keçirir, etil spirtinə və хörək duzuna davamlıdır.
Süd turşusu qıcqırmasından turşudulmuş süd məhsulları (хama, kəsmik,
qatıq, kefir və s.) istehsalında istifadə olunur. Lakin bu qıcqırma südün хarab
olmasına, şərabın və pivənin turşumasına və seliklənməsinə səbəb olur.