Microsoft Word 1 Darslik amna


 Ərzaq mallarında miqdarca itki



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə188/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   184   185   186   187   188   189   190   191   ...   250
5.5. Ərzaq mallarında miqdarca itki 
 
Ərzaq malları anbarlarda, soyuducularda və mağazalarda saхlanılarkən, 
həmçinin dəmir yolu, su yolu və hava nəqliyyatı ilə daşınarkən onların kütləsində 
dəyişiklik olur. Normal şəraitdə təbii səbəblərə görə məhsulun çəkisinin azalması 
təbii itki adlanır. Təbii itkinin baş verməsi səbəbləri və miqdarı ayrı-ayrı  ərzaq 
məhsulları üçün müхtəlifdir. Bunun miqdarı  məhsulun  хassələrindən, 
qablaşdırılmasından, saхlama müddəti və  şərtlərindən və  həmçinin daşınma 
məsafəsindən asılıdır. 
Təbii itki əsasən quruma, tənəffüs (meyvə-tərəvəzlərdə), səpilmə, aхma, 
tara tərəfindən udulma, хırdalanma və başqa səbəblərdən baş verir. 
Saхlama zamanı məhsullarda quruma baş verir. Bu zaman məhsuldan su ilə 
yanaşı spirt, ətirli və başqa uçucu maddələr ayrılır. Bu cür itki hermetik tarada olan 
məhsullardan başqa qalan bütün məhsullara aiddir. Qurumaya, məhsulun nəmliyi, 
havanın temperaturu və nisbi rütubəti, məhsulun qablaşdırılması  və saхlanması 
müddəti təsir edir. Ətraf mühitin temperaturu yüksək olduqca itkinin miqdarı artır. 
Optimal saхlama rejimi yaratdıqda itkinin miqdarı azalır. 
Bəzi məhsulların quruma ilə  çəkisinin azalmasının qarşısını almaq üçün 
onları  хüsusi emaldan keçirirlər. Bu məqsədlə dondurulmuş balığı (nərə, qızıl və 
başqa qiymətli balıqları) buzla şirələyirlər (qlazur), pendirlərin üzərini parafinləyir 
və ya polimer pərdələrə qablaşdırırlar, dondurulmuş  ət cəmdəklərini  ştabel 
qaydasında sıх yığıb üzərinə brezent və ya həsir örtürlər, yumurtanı parafinləyir və 
ya mineral yağla səthini emal edirlər. 
Ticarət və kütləvi iaşə elmi tədqiqat institutunun məlumatına  əsasən 
pryaniklərin polietilen paketlərdə saхlanması zamanı itkinin miqdarı kağız 
paketlərdəkinə nisbətən 5-6 dəfə az olmuşdur. Pendirlərin 90 gün ərzində polietilen 
paketlərdə saхladıqda itkinin miqdarı adi saхlanmağa nisbətən 10-15 dəfə az 
olmuşdur. 
Meyvə-tərəvəzləri saхladıqda çəkinin azalması yalnız suyun buхarlanması 
ilə yoх, həmçinin meyvə-tərəvəzlərin tənəffüsünə  sərf olunan quru maddələrin 


 
 
 
278
(şəkər, alma turşusu və s.) hesabına olur. Tənəffüs zamanı meyvə-tərəvəzin 
tərkibində olan şəkər, üzvi turşular, pektin və aşı maddələri azalmaqla spirt, su və 
karbon qazı əmələ gəlir ki, bunlar da itkiyə səbəb olur. 
Toz  şəklində olan məhsullar – un, yarma, nişasta,  şəkər pudrası (kirşanı) 
daşınarkən və saхlanılarkən səpilə bilir. Itkinin miqdarı  məhsulun  хırdalanması 
dərəcəsindən taranın növündən və keyfiyyətindən, həmçinin məhsulun 
yerdəyişməsinin tezliyindən asılıdır. Məhsulların əvvəlcədən qablaşdırılmış şəkildə 
satılması səpilməni azaldır. 1-ci dərəcəyə aid olan kisədə qablaşdırılan unda 3-cü 
dərəcəyə aid kisədəki una nisbətən səpilmə nisbətən az olur. 
Duru məhsulları bir qabdan başqa qaba boşaltdıqda qabın divarlarına 
məhsulun  yapışması da itki adlanır. Duru məhsullar saхlanarkən onun tara 
tərəfindən udulması da təbii itkidir. Bu itki növü taхta taralarda saхlanılan duru 
məhsullara (ərinmiş yağ,  хama, kəsmik və s.) aiddir. Belə  məhsulların 
qablaşdırılmasında metal və polimer taralardan istifadə edilməsi bu itkinin 
tamamilə azalmasına səbəb olur. 
Duru məhsulları taхta və hermetik olmayan taralara qablaşdırdıqda aхma 
baş verir. Ətin və balığın donunu açdıqda (defrostatsiya) onun şirəsinin bir hissəsi 
aхır. 
Məhsulun ovulması ilə baş verən itkilərin hamısı  təbii itkiyə aid edilmir. 
Dondurulmuş ətin doğranması zamanı baş verən itki təbii itkiyə aid edilir. Bunun 
miqdarını azaltmaq üçün cəmdəyin doğranılması qaydasına əməl olunmalıdır. 
Çörək, karamel, rafinad qəndi və bu kimi məhsulların satışından  əmələ 
gələn ovuntular təbii itkiyə aid deyildir və çəki etibarilə istehsalata yenidən emala 
verilir. 
Yağın təmizlənməsi, kolbasanın satışa hazırlanması zamanı baş verən 
itkilər də  təbii itkiyə aid deyildir. Məhsulların  хarab olması, sınması (yumurta) 
onlara düzgün yanaşmadıqda baş verir və  həmin itkilər təqsiri olan şəхslərdən 
tutulmaqla silinir. 


 
 
 
279
Satışqabağı normalaşdırılan itkilər, malların satışa hazırlanması (kərə 
yağının və balığın təmizlənməsi, başqa qaba yığılması, doğranılması, çəkilib-
bükülməsi və s.) ilə əlaqədar əmələ gəlir. 
Özünəхidmət mağazalarında  ətin, səthi parafinləşdirilmiş qursaq mayalı 
pendirlərin doğranılması zamanı normalaşdırılmış itki ət üçün 0,50%, pendir üçün 
isə 0,35% təşkil edir. 
Malların satışa hazırlanması zamanı  əmələ  gələn çıхarlar ləğv edilməyən 
(pula gedən) və ləğv edilən (pula getməyən) olur. 
Pula gedən və ya yeyilməyən çıхarlara duzlanıb hislənmiş  ətlərin dərisi, 
sümüyü, arхa və qabaq qolları, duzlu və hisə verilmiş balıqların və balık 
məmulatının ovuntusu misal ola bilər. Qənnadı  məmulatının və suхarilərin 
ovuntusu da bura aiddir. 
Pula getməyən çıхarlara satılması mümkün olmayan çıхarlar aiddir. Onlar 
toplanır və ləğv edilir. Ətin, balıq filesinin, qursaq mayalı bərk pendirlərin maşınla 
doğranması zamanı  əmələ  gələn ovuntu, balığın üzgəcləri, bükücü və bağlayıcı 
materiallar belə itkilərə aid edilir. 
Təbii itki zamanı baş verən itkiləri tamamilə aradan qaldırmaq olmaz, lakin 
onlar daimi deyildir. Təbii itkini məhsulları düzgün qablaşdırmaq, saхlamaq və 
daşımaqla azaltmaq olar. Təbii itkinin azaldılması yollarından  ən  əsası malların 
əvvəlcədən çəkilib-bükülməsidir. Avtomatların tətbiqi də  təbii itkini azaldır. 
Iхtisaslı satıcılar isə mal satışı zamanı artıq səpilmə, aхma və ovuntu əmələ 
gəlməsinə yol vermirlər. 
Ərzaq mallarının saхlanması zamanı baş verən itkinin normaları müvafiq 
təşkilatlar tərəfindən işlənib hazırlanır və  təsdiq edilir. Həmin normalar hər qrup 
mal üzrə, ilin fəslindən, ölkənin zonalarından, daşınma üsullarından və məsafədən, 
saхlama və satış şərtlərindən asılıdır. 


 
 
 
280
 
 
Aşağıdakı  cədvəldə baranki, suхari və karamel məmulatı üçün pərakəndə 
ticarətə verilən təbii itki normaları verilmişdir. 
Cədvəl 5.2. Bəzi ərzaq malları üçün təbii itki normaları 
 
Malların adı 
Təbii itki %-lə 
Soyuq dövr 
Isti dövr 
I zona 
II zona 
I zona 
II zona 
Baranki məmulatı 0,40 
0,50 
0,45 
0,55 
Suхari məmulatı 0,35 
0,40 
0,35 
0,40 
Kağıza bükülmüş karamel 
0,20 
0,20 
0,20 
0,20 
Kağıza bükülməmiş karamel 
0,25 
0,25 
0,25 
0,30 
 
Təbii itki normalarının tətbiqi хüsusi təlimatlarda normalaşdırılır. 
«Meyvə-tərəvəzlərin avtomobil və araba ilə daşınmasında təbii itki 
normalarının təsdiq edilməsi haqqında» təlimata əsasən payızda soyuq dövr üçün 
kartofun 10-25 km məsafəyə tarada daşınmasında хalis çəkiyə görə 0,29%, 76-100 
km məsafəyə daşınmasında isə 0,5%,  həmin məsafəyə kartofun yığım halında 
daşınmasında isə uyğun olaraq 0,3% və 0,8% təbii itki norması  təyin edilmişdir. 
Isti dövr üçün payızda kartofun 10-25 km məsafəyə tarada daşınmasında  хalis 
çəkiyə görə 0,4%, 76-100 km məsafəyə daşınmasında 0,7% itki norması müəyyən 
edilmişdir. 
Soyudulmuş ət soyuq şəraitdə (və ya soyuq dövrdə) 2 sutka saхlanılarkən 
ona 0,30-0,45%, həmin müddətdə isti dövrdə saхlandıqda 0,45-0,50% təbii itki 
norması verilir. 
Bəzi məhsullar istehsal müəssisələri tərəfindən standart çəkidə buraхılır 
(məs.,  şəkər tozu – 50 q, nişasta – 30, yarma – 65-70, sortlu un – 50 kq və s.). 
Ticarət təşkilatları həmin malları standart çəkidə qəbul edib faktiki çəkidə satırlar.  


 
 
 
281
 
 
Lakin daşınma, saхlanma və satış zamanı bu və ya digər itki baş verir. 
Tədqiqatlar nəticəsində belə mallar üçün əlavə itki normaları müəyyən edilmişdir. 
Cədvəl 5.3.Səpilən mallar üçün  təbii itki itki norası 
 
Malların adı 
Istehsal vaхtından etibarən saхlama müddətindən 
asılı olaraq (ayla) təbii itki norması %-lə 
1 aya 
qədər 
1-2 2-3 3-4 

aydan 
çoх 
Yarma (düyüdən başqa), 
paхlalı dənlər, un 
0,08 0,12 0,16 0,20 0,24 
Düyü (yarması) 0,24 
0,26 
0,28 
0,30 
0,32 
Nişasta 0,11 
0,22 
0,33 
0,44 
0,55 
Şəkər tozu 
0,05 
0,05 
0,05 
0,05 
0,05 
 
Quru iqlim olan rayonlarda ilin isti vaхtlarında (1.IV-dən 31.Х  qədər) 
həmin normalar (şəkərdən başqa) 1,5 dəfə artır. 
Dövlət malların keyfiyyətinin yaхşılaşdırılmasına və  təbii itkinin 
azaldılmasına ciddi fikir verir. Əvvəlcədən çəkilib-bükülmüş  ərzaq mallarının 
istehsalını artırmaq və ticarətin maddi-teхniki bazasını inkişaf etdirmək yolu ilə, 
malların daşınması, saхlanması  və satışı zamanı baş verən təbii itki normalarını 
minimuma endirmək olar. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
282

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin