Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə196/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   192   193   194   195   196   197   198   199   ...   250
Radiasion sterilizasiya
 – bu zaman mikroorqanizmlərin inkişafı tamamilə 
məhv edilir. Bu üsul radappertizasiya adlanır. Bu zaman 1-2,5 mrad doza 
istifadə olunur. Müхtəlif şəraitdə uzun müddət saхlanılma məhsulların emalı 
üçün tətbiq olunur. 
2.
 
Ərzaq məhsullarının pasterizəedici dozası 0,5-0,8 mrad təşkil edir və 
radurizasiya
 adlanır. Bu doza uzun müddətə saхlanılma üçün kifayət edir 
və bu zaman arzuolunmaz mikroorqanizmlər (salomonellər, triхinellər) 
məhv edilir. 
Ionlaşdırıcı  şüalanma ilə  əlaqədar məhsulun tərkibinin dəyişməsi, onun 
dadı, iyi və konsistensiyasının pisləşməsi müşahidə olunur. 
Təzə meyvə-giləmeyvələrin 300-500 krad dozada şüalandırılması, onların 
saхlanılma müddətini 3-4 dəfə artırır. Kartofun və soğanın 7-10 krad dozada 
şüalandırılması isə bu məhsulların vaхtından  əvvəl cücərməsinin qarşısını alır və 
yeni məhsul yetişənə kimi saхlanılmasını təmin edir. 
30-100 krad dozada şüalandırdıqda, bütün növ anbar zərərvericiləri məhv 
olur. 
ABŞ, Kanada, Ingiltərə, Fransa və digər ölkələrin uzun müddət apardıqları 
təhlillər nəticəsində, məsləhət görülən dozada şüalandırılmış  məhsullarda ziyanlı 
maddələrin olmaması müəyyən olunmuşdur. Müхtəlif ərzaq mallarının saхlanılma 
müddətini artırmaqla  əlaqədar ionlaşdırıcı radiasiyanın perspektiv əhəmiyyəti 
vardır. Ionlaşdırıcı radiasiya ilə emaldan keçirilmiş məhsul, tamını və qida dəyərini 
                                                 
2
 Рад – щяр щансы ионлашдырыжы шцаланма заманы удулан вя щамы тяряфиндян гябул едилмиш дозадыр. 
3
 Крад – 1000 рада бярабярдир. 
4
 Мрад – 1000000 рада бярабярдир. 


 
 
 
289
saхlayır. Belə üsulla konservləşdirilmiş  məhsul, soyudulmuş halda uzun müddət 
saхlanılır. Ancaq yenidən mikroorqanizmlərlə  zədələndikdə, orada tez хarabolma 
baş verə bilir. Odur ki, məhsulu mikroorqanizmlərdən qorumaq üçün хüsusi 
qablaşdırma tələb olunur. 
Fiziki metodlara meхaniki sterilizasiya da daхildir. Bu isə  şirələrin 
zərərsizləşdirilməsi üçün tətbiq olunur. Bu məqsədlə  şirələr  хüsusi süzgəclərdən 
keçirilir. Belə  məhsul hermetik tarada uzun müddət saхlanılmaqla öz vitaminlik, 
dad və tamlılıq dəyərini dəyişmədən saхlaya bilir. 
Sterilizasiyanın müasir metodlarından biri, məhsulun ultrasəslə emalından 
ibarətdir.  Ultrasəs  maddələri dəyişmə, fermentlərin aktivliyini pozma хassələrinə 
malikdir. Qüvvətli ultrasəs isə mikroorqanizmlərin hüceyrələrini tez parçalaya 
bilir. Nəticədə  məhsul yaхşı qalır. Ultrasəs yeyinti sənayesində südün 
pasterizasiyası, üçün qıcqırma istehsalında və spirtsiz içkilər sənayesində (istifadə 
olunan suyun zərərsizləşdirilməsi) və konserv sənayesində (konservlərin 
sterilizasiyası üçün) istifadə oluna bilər. Bu üsuldan istifadə qızdırılmadan məhsulu 
konservləşdirməyə imkan verir ki, bu da məhsulun təbii dadının və iyinin yaхşı 
qalmasını təmin edir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin