Microsoft Word 1 Darslik amna


QEYD: Ət konservləri 60-120 dəq, balıq konservləri 40-100



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə195/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   191   192   193   194   195   196   197   198   ...   250
QEYD: Ət konservləri 60-120 dəq, balıq konservləri 40-100, 
qəlyanaltı və nahar üçün tərəvəz konservləri 25-60, qatılaşdırılmış 
süd isə 10-20 dəq. müddətinə sterilizə olunur. 
Ionlaşdırıcı  şüalarla
 konservləşdirmə. Bu üsulda temperaturu artırmadan 
sterilizə edici effekt əldə olunur. Ona görə  də ionlaşdırıcı radiasiya ilə 
konservləşdirmə soyuq sterilizasiya və ya soyuq pasterizasiya adlanır.  Ərzaq 
məhsullarının emalı üçün rentgen şüalarından, radioaktiv izotopların qamma 
şüalarından istifadə olunur. Qamma  şüaları böyük keçici qabiliyyətə malik 
olduğundan iri ölçülü və iri qabda olan məhsulları konservləşdirmək olur. Bu 
məqsədlə kobaltın (kobalt-60), seziumun (sezium-137) və digər elementlərin 
radioaktiv  şüalarından istifadə olunur. Bu şüalar mikroorqanizmlərin molekulunu 


 
 
 
288
və atomunu ionlaşdırır, nəticədə onların fizioloji fəaliyyəti pozulur və  məhv 
olurlar. 
Ərzaq məhsullarının şüalanması prosesində udduğu ionlaşdırıcı enerji 2-dən 
5 mln rada qədər olur. Bir rad
2
 100 erqam enerjiyə  bərabərdir və bu da 1 qram 
şüalanan məhsulun udduğu dozadır. Tətbiq olunan dozaların böyük kəmiyyətini 
ifadə etmək üçün kilorad (krad)
3
, meqarad (mrad)
4
 istifadə olunur. 
Ərzaq məhsullarının ionlaşdırıcı şüalarla emalının aşağıdakı növləri vardır: 
1.
 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin