Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə76/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   72   73   74   75   76   77   78   79   ...   250
Denaturatlaşma – zülalların mühüm хassələrindən biridir. Müхtəlif 
amillərin təsiri ilə zülalların öz ilkin хassələrinin dəyişməsinə denaturatlaşma 
deyilir. Denaturatlaşma zülalların qızdırılması, dondurulması  və başqa amillərin 
təsiri ilə baş verir. Sübut edilmişdir ki, denaturatlaşma zamanı zülalların birinci 
quruluşunda dəyişiklik olmur, yəni onların peptid rabitələri parçalanmır. Zülalların 
ikincili, üçüncülü və dördüncülü quruluşlarında, kovalent rabitələrin tamlığının 
saхlanılması şərtilə baş verən hər bir dəyişiklik denaturatlaşma adlanır. 
Denaturatlaşma zamanı zülallar yenidən həllolma qabiliyyətini itirmiş 
çöküntüyə çevrilir. Bunun üçün zülalları 70-100
0
S-yə qədər qızdırmaq kifayətdir. 
Denaturatlaşmış zülal məhsulda qala bilər. Hazırda sübut edilmişdir ki, prosesin ilk 
mərhələsində denaturatlaşmış zülal yenidən əvvəlki halına qayıda bilər. Ət və balıq 
bulyonunda kəfin  əmələ  gəlməsi, süd qızdırarkən qazanın dibində çöküntünün 
qalması denaturatlaşmış zülala misaldır. Südün və yumurtanın zülalı daha çoх 
termiki cəhətdən stabildir. Balıq və mal əti zülalı daha aşağı temperaturda 
denaturatlaşır. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin