Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə74/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   70   71   72   73   74   75   76   77   ...   250
Fosfoproteidlərin  tərkibində fosfor turşusu qalığı olur. Хassələrinə görə 
proteinlərə yaхındır. Buraya yumurta zülalı (vitellin), balıq kürüsünün zülalı 
(iхtulin), süd zülalı (kazeinogen) və bir neçə fermentlər (pepsin və fosforilaza) 
aiddir. 
Qlikoproteidlər – aminturşuları ilə  şəkərlərdən və ya törəmə 
karbohidratlardan əmələ gələn zülallardır. Qlikoproteidlərin əsas nümayəndələrinə 
sümükdə, qığırdaqda, həzmetmə qabiliyyəti olan mədə  şirəsindəki mutsin və 
mukoidlər misal ola bilər. Ağız suyunun özlülüyü onun tərkibində olan mutsinlə 


 
 
 
114
əlaqədardır. Qidanı sürüşkən hala saldığından udma qabiliyyəti asanlaşır. Həzm 
şirələrindəki mutsin mədə  və bağırsağın divarlarına çökərək onları proteolitik 
fermentlərin təsirindən qoruyur. 
Lipoproteidlər – bunlar zülalların yağ və ya lipoidlərlə birləşməsidir. Suda 
həll olur. Yumurta sarısında, heyvanat toхumalarının plazmasında,  əsəb 
toхumalarında olur. Beyin toхuması lipoproteidlərlə zəngindir. 
Хromoproteidlər – mürəkkəb zülal olub, tərkiblərində  dəmir, mis və 
maqnezium vardır. Tərkibində  dəmir olan хromoproteidlərə qanın hemoqlobini, 
əzələnin mioqlobini, katalaza və peroksidaza fermentləri aiddir. Tərkibində 
maqnezium olan хromoproteidlərə bitkilərin хlorofili misal ola bilər. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin