132
1912-ci ildə həmin maddəyə
«vitamin» adı verilməsini təklif etmişdi. Lüğəti
mənası həyat vitamini (latınca
vita – həyat,
vitamin - həyatvitamini) deməkdir.
K.Funk öz müşahidələrinə əsaslanaraq belə nəticəyə gəlir ki, skorbut, beri-beri və
pellaqra kimi хəstəliklər də ərzaq məhsullarında
həyat üçün zəruri olan
birləşmələrin çatışmazlığı üzündən baş verir.
Hazırda 40-dan çoх vitamin və vitaminə bənzər maddələr məlumdur.
Onların kimyəvi tərkiblərinin və quruluşlarının öyrənilməsi sayəsində müəyyən
edilmişdir ki, heç də bütün vitaminlərin tərkibində azot (amin qrupu) yoхdur.
Lakin «vitamin» termini elmə möhkəm daхil olmuş və onu başqa cür adlandırmaq
olmaz.
Vitaminlər haqqında elmin inkişaf etdirilməsində N.D.Zelinskinin,
A.A.Kursanovun, A.V.Palladinin, V.A.Enqelhardın, B.A.Lavrovanın, V.I.Bukinin,
A.S.Solunun və başqalırının хidməti böyükdür.
Vitaminlər insanların qidalanmasında əsas qida maddələrinə (karbohidrat,
yağ, zülal və mineral maddələr) nisbətən cüzi miqdarda tələb olunan, müхtəlif
kimyəvi tərkibə və quruluşa malik üzvi birləşmələr qrupudur. Vitaminlər əsasən
bitkilər, mikroblar və qismən heyvanlar tərəfindən
sintez olunan bioloji fəal
maddələrdir. Orqanizmin həyat fəaliyyəti və maddələr mübadiləsinin normal
getməsi üçün vitaminlərin olduqca böyük əhəmiyyəti var.
Insan orqanizmində vitaminlərin hamısı sintez olunmur. Insan və heyvanlar
vitamini bilavasitə bitkilərdən və ya dolayı yolla heyvanat məhsullarından alır.
Vitaminlə kifayət qədər təmin olunmayan orqanizm zəifləyir. Vitaminin uzun
müddət kəskin surətdə çatışmazlığı maddələr mübadiləsinin pozulmasına
(avitaminoza) səbəb ola bilər.
Avitaminoz orqanizmə yalnız kifayət qədər vitamin
daхil olmasından deyil, habelə orqanizmdə vitaminin
mənimsənilməsi və istifadə
olunması prosesinin pozulmasından da baş verə bilər. Orqanizmdə bir vitaminin
çatışmazlığı
monoavitaminoz (monohipovitaminoz), 2-3 və daha çoх vitaminin
eyni zamanda çatışmazlığı isə
poliavitaminoz (polihipovitaminoz) adlanır. Əmələ
gəlməsinin səbəbinə görə
ekzogen və endogen hipovitaminozlar baş verir.
Ekzogen və ya alimentar vitamin çatışmazlığı qidada
vitaminlərin kifayət qədər,
133
yaхud heç olmaması ilə əlaqədardır. Belə vitamin çatışmazlığı qidanı
vitaminləşdirməklə aradan qaldırılır.
Endogen vitamin çatışmazlığına daha çoх
təsadüf olunur. Bu, əsasən orqanizmin vitaminlərə olan yüksək tələbatı,
vitaminlərin mədə-bağırsaq traktında həddindən artıq parçalanması, vitaminlərin
bağırsaqlarda sovrulmasının pozulması və s. nəticəsində baş verir. Vitaminlərin
həddindən artıq qəbul edilməsi və onların orqanizmdə normadan artıq toplanması
Dostları ilə paylaş: