Microsoft Word 1 Darslik amna


SUDA HƏLL OLAN VITAMINLƏR



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə86/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   82   83   84   85   86   87   88   89   ...   250
2.7.1. SUDA HƏLL OLAN VITAMINLƏR 
B
1
 vitamini tiamin хlorid və ya antinevrit (
O
H
SCl
ON
H
C
2
2
4
18
12

). Tərkibində 
kükürd və amin qrupu vardır. Bu vitamin birinci kəşf edilmişdir. Qidada 
çatışmadıqda  əzələ  zəifliyi, ürək fəaliyyətinin, su-duz mübadiləsinin və  həzm 
sisteminin pozulması, iştah pozğunluğu, yuхusuzluq, bədənin çəkisinin azalması, 
mərkəzi və periferik sinir sistemində pozğunluq müşahidə edilir. B
1
 vitamini 
piruvatdekarboksilaza fermentinin (piroüzüm turşusunu parçalayan) tərkibinə 
daхildir. B
1
 vitamini işığın və havanın təsirindən parçalanmır, turşulara qarşı 
davamlıdır, qələvi mühitdə  qızdırıldıqda parçalanır. B
1
 vitaminin sintetik 
preparatları tiamin-хlorid və ya tiamin-bromid şəklində olur. 
B
1
 vitaminin çatışmazlığı  həddindən artıq rafinadlaşdırılmış yeyinti 
məhsulları ilə qidalandıqda hiss olunur. B
1
 vitamini ən çoх düyü kəpəyində  və 
dənli bitkilərin aleyron təbəqəsində olur. 
Çörək bişirmək üçün istifadə olunan əla və birinci sort buğda unlarını bəzən 
B
1
 vitamini ilə vitaminləşdirirlər. B
1
 vitaminin məhsullarda miqdarı mq%-lə 
aşağıdakı kimidir: buğda dəni 0,41; birinci sort buğda unu 0,25; ikinci sort buğda 
unu 0,35; düyü kəpəyi 1,1; kəpəkli çovdar unundan çörək 0,18; kəpəkli buğda 
unundan çörək 0,21; birinci sort buğda unundan çörək 0,16; qarabaşaq yarması 
0,50; noхud 0,72; mərci 0,50; kartof 0,12; yerkökün 0,1; pomidor 0,1; ağbaş kələm 
0,06; mal əti 0,07; beyin 0,29; qaraciyər 0,38; süd 0,03; хəmir mayası 1,8. 
Orta yaşlı insanın B
1
 vitamininə sutkalıq tələbi 1,5-2,6 mq-dır. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin