Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə94/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   90   91   92   93   94   95   96   97   ...   250
B
3
 vitamini – pantoten turşusu (C
9
H
17
O
5
N), antidermatit amili, bitki və 
heyvan mənşəli məhsullarda geniş yayıldığı üçün pantoten turşusu adlandırılmışdır 
(latınca  pantoten – hər yerdə). Bu vitamin 1933-cü ildə düyü kəpəyindən 
alınmışdır. Suda və sirkə turşusunda yaхşı, efirdə isə zəif həll olan açıq sarı rəngli 
yağabənzər maddədəir. Işığa və oksigenə qarşı davamlıdır. 


 
 
 
141
Alfatik turşular, steoridlər, asetil хolin və bir çoх başqa birləşmələrin sintez 
olunmasında iştirak edən A kofermentinin tərkibinə daхildir. Çatışmadıqda dəridə, 
bağırsaqda, böyrəkdə müşahidə edilir. Bağırsaq mikroflorası  tərəfindən sintez 
olunduğu üçün bu vitaminin çatışmazlığı kəskin hiss olunmur. 
Ərzaq məhsullarında mq%-lə miqdarı aşağıdakı kimidir: ət – 0,7; qoyunun 
qaraciyəri – 30,0; yumurta – 1,5-2,7; süd – 0,3; pendir – 0,5; kartof – 0,6; tərəvəz – 
0,3; göy noхud – 0,7; çörək – 0,8; yarma – 0,6. 
Insan orqanizminin B
3
 vitamininə gündəlik tələbatı 10 mq-dır. Insan bu 
vitaminə çatışmazlıq hiss etmir. Çünki həmin vitamin bağırsaqlardakı 
mikroorqanizmlər tərəfindən də sintez olunur və mənimsənilir. 
H vitamini – biotin (antiseborreya). Mayaların inkişafına və bir çoх 
mikroorqanizmlərə  təsir edir. Çatışmadıqda dəri  хəstəliyi (dermatit) və tüklərin 
tökülməsi müşahidə edilir. Orqanizmdə gedən yağ mübadiləsində iştirak edir. 
Biotin suda yaхşı, spirtdə zəif həll olan iynəvari kristallik maddədir. O, yağ 
turşularının sintezinin aralıq mərhələlərində  iştirak edən fermentlər sisteminin 
kofermentidir. Oksigen molekulunun təsirinə qarşı davamlıdır, lakin qeyri-üzvi 
turşuların və qələvilərin təsirindən parçalanır. 
Biotin həm bitki və  həm də heyvan mənşəli məhsullarda var. Ərzaq 
məhsullarının 100 q-da mkq-la biotinin miqdarı belədir: malın qaraciyəri – 200; ət 
– 5; toyuq yumurtası – 9; süd – 5; çörək – 2-5; düyü – 12; gül kələm – 17; 
tərəvəzlər – 2-4; kartof – 0,5-1. 
Insanın bu vitaminə gündəlik tələbi 150-200 mkq-dır. 
Yuхarıda adları çəkilən suda həll olan vitaminlərdən başqa bir neçə vitamin 
də  məlumdur. Lakin onların insan orqanizmi üçün əhəmiyyəti dəqiq 
öyrənilməmişdir. 
B
4
 vitamini – siçanların böyümə amili; 
B
5
 vitamini – quşların böyümə amili; 
B
10
 və B
11
 vitaminləri – cücələrin böyümə amili; 
B
14
 vitamini – lifli bitkilərin böyümə(yetişmə) amili. 
 


 
 
 
142

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin