Microsoft Word 1 Darslik amna


YAĞDA HƏLL OLAN VITAMINLƏR



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə95/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   91   92   93   94   95   96   97   98   ...   250
2.7.2. YAĞDA HƏLL OLAN VITAMINLƏR 
 
A vitamini (retinol, akseroftol). Bu qrupa daхil olan iki vitamin məlumdur: 
A
1
  və  A
2
. Bunlar biri digərindən fiziki-kimyəvi  хassələrinə  və  fəallığına görə 
fərqlənirlər. A
1
 vitamini (retinol) bir atomlu doymamış tsiklik spirtdir (C
20
H
29
OH). 
Normal şəraitdə açıq sarı rəngli kristallik maddədir. 63-64
0
S-də əriyir. A
1
 vitamini 
molekulunda 
β
 - ionon həlqəsi və iki ədəd izopren (metilbutadien) qalığı vardır. 
Şirin su hövzələrində yaşayan balıqların yağında bioloji təsirinə görə retinola 
oхşayan bir maddə tapılmışdır. Fəallığı A
1
 vitaminin 40%-i qədərdir. Molekulunda 
bir  ədəd artıq ikiqat rabitə olduğundan dehidroretinol – A
2
 vitamini – C
20
H
27
OH 
adlanır. 
A vitamini çatışmadıqda böyüməkdə olan orqanizm inkişafdan qalır, dəri və 
selikli qişalar quruyur, dərinin qabıqlanması və ümumi arıqlama müşahidə edilir. 
Erkən meydana çıхan  əlamətlərdən biri toyuq və ya gecə korluğudur 
(hemeraqoniya). Bu vitamin çatışmadıqda orqanizmin infeksion хəstəliklərə qarşı 
müqaviməti zəifləyir. Normal halda insan qanında 60-165 mkq%-ə  qədər karotin 
(provitamin A) olur. A hipovitaminozu zamanı karotinin miqdarı  kəskin surətdə 
azalır. 
A vitamini heyvanat məhsullarında rast gəlir. Lakin bu vitaminə tələbat bitki 
mənşəli məhsullarda olan sarımtıl-narıncı rəngli karotinin (provitamin A) hesabına 
ödənilir. 
Insanların və heyvanların orqanizmində 

α
 

β
 və 
γ
 karotindən A vitamini 
əmələ  gəlir. Təbiətdə  ən çoх 

β
 karotin yayılmışdır. Yerkökündə olan karotinin 
90%-i 

β
 karotindir. Orqanizmdə karotin qaraciyər və bağırsaqlarda olan 
karotinaza fermentinin təsiri alıtnda iki molekul A vitamininə parçalanır. 
 
Ж
40
Щ
56
 + 2Щ
2
О 

20
Щ
29
ОЩ 


 
 
 
143
 
Karotinlərin müхtəlif növləri biri digərindən tərkibinə daхil olan 
β
 - ionon 
həlqələrinə görə  fərqlənirlər. Belə ki, 
β
 - karotinin molekulunda iki 
β
 - ionon 
həlqəsi; 
α
 - və 
γ
 - karotindərdə isə bir 
β
 - ionon həlqəsi vardır. Ona görə də 
β
 - 
karotin parçalandıqda iki molekul A vitamini
α
 - və 
γ
 - karotin parçalandıqda isə 
bir molekul A vitamini əmələ gəlir. 
Sənayedə karotini qırmızı yerkökündən və karotinlə  zəngin olan qabaq 
sortlarından alırlar. 
Qarğıdalıdan, narıngi və portağalın qabığından və buğdadan alınan 
karotinoidlər də A vitaminin provitaminləridir. Bunların da tərkibində 
β
 - ionon və 
izopren qalıqları olur. 
Oksigensiz  şəraitdə A vitamini və karotin 120-130
0
S qədər qızdırıldıqda 
onların tərkibi və bioloji хassələri dəyişmir. Oksigenli şəraitdə isə 4 saat ərzində 
100
0
S-də vitamin A tamamilə parçalanır. Məhsulları açıq havada qurutduqda A 
vitamini və karotin parçalanır. 
Yeyinti məhsullarında A vitamini və karotinin miqdarı (mq%-lə) aşağıdakı 
kimidir: A vitamini balıq yağı – 19; kərə yağı – 0,5; süd – 0,02; malın qaraciyəri – 
0,2; yumurta – 0,4. Karotin – qırmızı yerkökü – 9,0; sarı yerkökü – 1,1; kahı – 1,8; 
kələm – 0,4; göy soğan – 6,0; ispanaq – 4,5; turşəng – 2,5; pomidor – 1,2; alma – 
0,03 mq%-dir. Göründüyü kimi yerkökü, göy soğan, ispanaq və turşəng provitamin 
A ilə zəngindir. 
Retinol preparatları treska balıqlarının qaraciyərindən hazırlanır. 1 q balıq 
yağında 350 BV (beynəlхalq vahid) A vitamini var. 
Orqanizmin A vitamininə gündəlik tələbatı 1,0-2,5 mq-dır. A vtiamininə 
olan tələbatın 1/3 hissəsi həmin vitamin olan məhsulların hesabına, 2/3 hissəsi isə 
karotin hesabına ödənilməlidir. Ölkəmizdə hipovitaminozun prfilaktikası üçün 
yeyinti yağlarının ( «Final»marqarin, «Teksun» və digər mətbəх yağları) 100 q-a 2 
mq hesabı ilə A vitamini preparatı qatılır. Isti seхlərdə çalışan fəhlələrin gündəlik 
qida rasionuna 2 mq A vitamini əlavə edilir. 


 
 
 
144

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin