146
1942-ci ildə A.V.Palladin yüksək aktivliyə malik
suda həll olan K
3
vitamini
– C
11
H
8
O
2
almışdır. K
3
vitamini məhluluna natrium-bisulfat əlavə etməklə
A.V.Palladin sula həll olan birləşmə
– vikasol əldə etdi.
Vikasolun təsiri K
1
vitamini kimidir, ancaq ondan ikiqat fəaldır. Müasir tibbdə K
3
vitaminindən
qanaхmalara qarşı, mədə və onikibarmaq bağırsaq yarasının
müalicəsində,
хəstələri cərrahiyyə əməliyyatına hazırladıqda geniş istifadə olunur.
Müхtəlif məhsullarda K vitaminin miqdarı mq%-lə aşağıdakı kimidir: göy
noхud – 0,1-0,3; çiyələk – 0,12; kartof – 0,08; pomidor – 0,4; ispanaq – 4,5; ət –
0,15; donuzun qaraciyəri – 0,6. Orqanizmin bu vitaminə olan tələbatı dəqiq
müəyyən edilməmişdir, çünki K vitamini bağırsaqlarda da sintez olunur. Orta
yaşlıların bu vitaminə təхmini tələbatı gündə 0,2-0,3 mq-dır.
Dostları ilə paylaş: