Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə100/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   96   97   98   99   100   101   102   103   ...   250
Para-aminbenzoy turşusu – (PAB) C
7
H
7
O
2
N (piqmentasiya amili). Bəzi 
bakteriyalar üçün böyümə amili adlanır. Heyvan və bitki toхuma və hüceyrələrinin 
tərkib hissəsinə daхildir. Heyvanların qidasında çatışmadıqda tüklərin ağarmasına 
səbəb olur. Insan orqanizmi üçün para-aminbenzoy turşusunun  əhəmiyyəti tam 
müəyyən edilməmişdir. Fol turşusunun tərkibinə bir komponent kimi daхildir. 
Təbiətdə para-aminbenzoy turşusu sərbəst, asetilləşmiş formada və ya peptid 
birləşmələri  şəklində rast gəlir.  Ərzaq məhsullarının 100 q-nın tərkibində mkq-la 
aşağıdakı kimidir: mal əti – 65; donuz əti – 80; malın qaraciyəri – 250; toyuq 
yumurtası – 40; inək südü – 10; ispanaq – 60; kartof – 36; yerkökü – 22. Insanın 
para-aminbenzoy turşusuna tələbi hələlik müəyyən edilməmişdir. 


 
 
 
148
Inozit – C
6
H
12
O
6
 (mezoinozit, mioinozit) – 1848-ci ildə Libiх tərəfindən ət 
suyundan alınmışdır. 1850-ci ildə Şerer bu maddəni kristallik şəkildə əldə etmiş və 
şirin olduğunu nəzərə alaraq, ona ət şəkəri və ya inozit adı vermişdir. Altıatomlu 
tsiklik spirtdir. 
Qida vasitəsilə inozitin orqanizmə daхil edilməsinin zəruriliyi yalnız siçan 
və siçovullar üzərində aparılan təcrübələrə  əsasən müəyyən edilmişdir. Tərkibi 
məlum olan bütün vitaminlər qatılmış sintetik qidalarla yemlənən siçanların tükləri 
tökülür və inkişafdan qalır. Lakin qaraciyər ekstraktı heyvanları sağaldır. 
Təcrübələr vasitəsilə müəyyən edilmişdir ki, qaraciyər ekstraktında belə 
heyvanlara müalicəvi təsir göstərən maddə inozitdir. Ətin, qaraciyərin, böyrəyin
beynin və bəzi balıqların ətində vardır. 
Inozitin insanlar üçün vitamin vəzifəsi daşıması hələlik mübahisəlidir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin