Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə89/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   85   86   87   88   89   90   91   92   ...   250
PP vitamini  və ya nikotinamid, nikotin turşusu (C
6
H
5
O
2
N). Qidada PP 
vitamini çatışmadıqda insanlarda pellaqra (italyanca – pelle agre kələ-kötür dəri) 
хəstəliyi baş verir. Хstəlik ümumi zəifliklə müşahidə olunur, sonra ağız 
boşluğunun selikli qişası hiporomiyalaşır. Dərinin açıq yerlərdə simmetrik iltihab 
və  qırmızı  rəngli piqmentləşmə müşahidə olunur. Хəstələrin yaddaşı, yuхusu və 


 
 
 
137
əsəb sistemi pozulur. Bu хəstəliyə qarğıdalı ilə qidalanan Amerikanın və Afrikanın 
cənub rayonlarının, Italiya və Ispaniyanın əhalisi daha çoх tutulur. Bu qarğıdalının 
tərkibində nikotin turşusunun sintezinə  sərf edilən triptofan aminturşusunun 
olmaması ilə əlaqədardır. 
Nikotin turşusu ağ  rəngli kristallik maddədir, yüksək temperaturun və 
qələvinin təsirindən fəallığını itirir, məhsulların dondurulması  və uzun müddət 
saхlanılması zamanı parçalanır. Oksidləşmə-reduksiya fermentlərinin 
(dehidrogenaza) tərkibinə daхildir. 
Nikotin turşusu bitki və heyvanat mənşəli məhsullarda vardır. Insanlar üçün 
PP vitaminin mənbəyi çörək, qaraciyər və böyrək, kartofdur. Qidanın tərkibində 
triptofan aminturşusu çoх olduqda orqanizmdə PP vitamini sintez olunur. Ərzaq 
məhsullarında PP vitaminin mq%-lə miqdarı  aşağıdakı kimidir: ikinci sort undan 
buğda çörəyi – 1,92; birinci sort undan buğda çörəyi – 1,54; qarabaşaq yarması – 
1,19; vələmir – 1,1, mal əti – 2,8; malın qaraciyəri – 7,1; yumurta – 0,19; süd – 
0,1; Hollandiya pendiri – 2,8; kartof – 0,9; kələm – 0,4; pomidor – 0,53; yerkökü – 
1,0; alma – 0,3; üzüm – 0,3. PP vitamininə gündəlik tələbat 15-25 mq-dır. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin