______________Milli Kitabxana_____________
143
- Ağıllı adama qulaq asmaq, isti havada sərin su içməyə
bənzəyir.
- Heç kəsə ayağını basmağa imkan vermə, sonra boynuna
minə bilərlər.
- Bir sərçəni əldə tutmaq, min quşun göydə uçmasından
sərfəlidir.
- Nə zaman su yuxarı axsa, quş qanadsız uçsa, qarğa ağarsa,
acı bal kimi şirin olsa, o zaman axmaq da ağıllanar.
- Öz sahibini tərk edən və sənin dalınca düşən iti daşla qov.
- Başqasına gor qazan özü düşər.
Bu nəsihətlər müasir dövrün əxlaq və davranış qaydaları ilə
də səsləşir.
İkiçayarası ədəbiyyatının maraqlı nümunələrindən biri də
«Nippurlu yoxsulun nağılıdır» (e.ə. II minilliyin ortası). Nippurlu
yoxsulun heç nəyi yoxdur: nə qızılı, nə gümüşü, nə taxılı və əti, nə
də yaxşı geyimi və içməyə pivəsi. O, Nippur şəhər rəisinin
ziyafətində iştirak etmək istəyir, lakin hədiyyə aparmağa heç bir
şeyi yoxdur. Əlac ona qalır ki, paltarını satsın. Bir keçi alıb əli
dolu bayram ziyafətinə gedir. Şəhər rəisi yoxsulu məclisdə görüb
qəzəblənir. Onun göstərişi ilə yoxsulu bir kənarda oturdurlar, artıq
qalan yeməkdən qabağına qoyurlar, sonra da evdən qovurlar.
Yoxsul pərt olur. Orada-burada xəbər yayır ki, rəisdən intiqam
alacaqdır. Xəbər də rəisə çatır. Lakin «bunu eşidən rəis bütün
günü uğunmaqdan qarnını tutur». Yoxsul hiylə işlədir, gah elçi
paltarında, gah da həkim donunda üç dəfə rəisi aldadıb şəhərdən
kənara çıxardır və hər dəfə onu o möhkəm əzişdirir. Rəis
yarımcan şəhərə qayıdır.
Şumerlər həyat və məişət ilə əlaqədar müxtəlif məzmunlu
təmsillər yaratmışlar. Bu şifahi xalq yaradıcılığı nümunələri
Şumer məktəblərində yazıya köçürülürdü. Xalq yaradıcılığı
nümunələri (nəsihətlər, atalar sözü, zərbi-məsəllər və sairə)
«Məktəb (e-duba) mətnləri» kimi məlumdur. Şumer şifahi xalq
yaradıcılığı nümunələri, o cümlədən təmsilləri e.ə. II minilliyin
birinci yarısında yazılmışdır. Təmsillərin bir qismi heyvanlara
həsr olunmuşdur:
Ulaq (eşşək) çayda üzüaşağı üzürdü, it isə onun dalınca
|