______________Milli Kitabxana_____________
146
olunurdu:
«Kasıbın ölməsi yaşamasından yaxşıdır.
Onun çörəyi olanda duzu olmur,
Duzu olanda çörəyi olmur,
Əti olanda quzusu olmur,
Quzusu olanda əti olmur».
Yoxsulun ehtiyatı qurtaranda borca düşürdü: «Kasıb borc
etməklə öz qayğısını artırır». Lakin zərb-məsəllərdən aydın olur
ki, yoxsul təbəqələrdə ədalətsizliyə qarşı etiraz mövcud idi. Bu
aşağıdakı nümunədə daha aydın görünür: «Yoxsul ailələrin hamısı
heç də eyni dərəcədə itaətkar deyil».
Şumerlər var-dövlətə, varlı və yoxsula aid zərb-məsəllər də
yaratmışlar. Müvafiq atalar sözü aşağıdakılardan ibarətdir:
«Kimin çoxlu gümüşü varsa, bəlkə də o xoşbəxtdir. Kimin çoxlu
arpası varsa, bəlkə də o da xoşbəxtdir. Lakin kimin heç nəyi
yoxdursa, o, gecələri sakit yatır».
Şumerlər başa düşürdülər ki, hər bir peşə sahibi müvafiq işlə
məşğul olmalıdır. Deyirdilər: «Mən cins atam, lakin qatır ilə bir
boyunduruğa salıblar. Budur, arabanı çəkirəm, qamış və saman
daşıyıram». Xidmətçinin işi çox olurdu, üst-başına diqqət verə
bilmirdi. Eləsi haqda deyirdilər: «Xidmətçinin paltarı həmişə
çirkli olar». Şumerlər təmiz geyimə fikir verirdilər: «Yaxşı
geyimliyə hər yerdə şaddırlar» - deyirdilər.
Qədim İkiçayarası sakinlərinin arasında baş verən mülki
bərabərsizlik müvafiq surətdə atalar sözlərində öz əksini
tapmışdır: «Hələ (dünya) çox yaşayacaq, gəlin (var-dövlət)
toplayaq». Bunun əksinə olaraq dünya malına biganə baxanlar da
vardı: «Onsuz da öləcəyik, gəlin nəyimiz varsa xərcləyək».
Şumerlər səylə zəhmət çəkənləri yüksək qiymətləndirirdilər. Bir
atalar sözündə deyilir: «Əl üstə əl gəl - görürsən ev tikildi; qarın
üstə qarın gəl - görürsən ev söküldü» və yaxud: «Kim ağa kimi
tikirsə, qul kimi yaşayır. Kim qul kimi tikirsə, ağa kimi yaşayır».
Zəhmət adamı haqda şumerlər xoş zərb-məsəl yaratmışdılar:
«İşləyən adamın yuxusu şirin olar».
Şumerlərin, yəqin ki, tənbəl, mız-mız, daim öz taleyindən
şikayətlənən adamlardan zəhlələri gedərdi. Belə adamlar haqda da
|