______________Milli Kitabxana_____________
153
yaradılmışdı. Bunlardan biri qəməri təqvimi olmuşdu. Bu təqvimə
görə, hər ay 29 ya 30 gündən ibarət (ayın dəyişmə mərhələsi
təxminən 29.5 sutkaya bərabər idi), il isə 12 aydan və 354 gündən
ibarət idi. lakin qəməri təqvimi şəmsi təqvimindən fərqlənirdi.
Şəmsi təqvim astronomiyaya daha uyğun idi. Təqvimlər arasında
fərq 11 günə bərabər olurdu. Buna görə hər üç ildən bir təqvimə
on üçüncü ayı əlavə edirdilər. Günəşin batması günün başlanğıcı
hesab edilirdi. Ayların əksəriyyəti təsərrüfat işlərinin
xüsusiyyətinə uyğun olaraq ad daşıyırdılar. Məsələn, «əkin»,
«biçin», «taxıl», «arpa dadına baxmaq bayramı» və s. ay adları
vardı. Yeni il bahar fəslinin əvvəlindən, əkin işləri başlanan
dövrdən hesablanırdı. Adətən bu, mart ayına təsadüf edirdi. Günəş
və ayın hərəkətini müşahidə edir, daimi müşahidə nəticəsində
günəş və ayın tutulmasını əvvəldən qeydə alırdılar. Bürc
ulduzlarını tanıyır və onların təsvirini verirdilər. İkiçayarası
əhalisi günəş və su saatlarından istifadə edirdilər. «Astronomiya»
üzrə dərslik tərtib olunmuşdu. İkiçayarasında gəmiqayıran, üzən
körpü (ponton) düzəldən usta sənətkarlar vardı. Böyük çayları
üzüb keçmək üçün üfürülmüş tuluqlardan istifadə edirdilər.
Təbabət ovsunla sıx əlaqəli idi. Ağır xəstələri ovsunla
müalicə edirdilər. Türkəçarə müalicə aparanlar (aşinu, maşmaşu)
ilə yanaşı savadlı həkimlər (azu) də vardı. Qazıntılar zamanı
hökmdar Qudeanın vazası aşkar edilmişdi. Onun üzərində ilan
şəklində əsaya sarınmış sağlamlıq allahının simvolik təsviri
düzəldilmişdi. Bu əlamət müasir təbabətdə də həkimlik rəmzini
bildirir. Güman edirlər ki, İkiçayarasında ilk həkimlər kahinlər
olmuşlar. Həkimlər fal və müalicə yolu ilə bir çox xəstəlikləri
müalicə edirdilər. Onlar gözdən kataraktı götürür, soyuqdəyməni
müalicə edir, dəri şişini kəsir, sınığı düzəldir, uşaq tuturdular. Bir
sıra xəstəliklərin, o cümlədən ciyər, mədə, bağırsaq xəstəliklərinin
əlamətini müəyyənləşdirə bilirdilər. Dərmanları müxtəlif
bitkilərdən, heyvan maddələrindən və mineral maddələrdən
hazırlayırdılar.
İkiçayarasında təbabət üzrə vəsait və göstərişlər hazırlanırdı.
Bunlardan biri «Nippur həkiminin arayış kitabçası» (e.ə. XXIV
əsr) adlanırdı. Burada 15 müalicə qaydası əks olunmuşdu. Nippur
|