______________Milli Kitabxana_____________
170
Qədim Assuriyanın ərazisində icmalar mövcud olmuşdur.
Bunlardan ən irisi Aşşur şəhər icması idi. Aşşur icmasının əhalisi
əkinçilik və maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş
ticarət aparırdı, Anadoludakı Kaniş beynəlxalq ticarət mərkəzi ilə
əlaqə saxlayırdı. Aşşur icmasında ticarətin inkişafı ilə bağlı olaraq
sənətkarlığın müxtəlif sahələri ilə məşğul olurdular. Aşşur icması
sənətkarlıq əşyaları və müxtəlif metallardan ibarət xammal ilə
alış-veriş edirdi. Aşşurdan qərbə ticarət yolu keçirdi və yolun son
məntəqəsi Kaniş ticarət məntəqəsi idi. Burada Aşşura tabe olan
ticarət məhəllələri vardı. Aşşur icması şərqə gedən ticarət yolunun
əsas məntəqəsi idi. Bu şəhərdə müxtəlif mənşəli əhali mal
mübadiləsi və alış-veriş edirdi. Aşşur şimala və şərqə gedən
ticarət yollarını da nəzarətdə saxlayırdı.
Assuriyanın ərazisində ixtisaslaşmış ticarət icmaları mövcud
idi. Aşşurdan başqa, Arrapha şəhər icmasında da ticarət icması
mövqe qazanmışdı. İcmalar arasında əmək bölgüsü vardı.
Dəmirçi, dülgər, toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış
ticarət icmaları fəaliyyət göstərirdi. İxtisaslaşmış ticarət icmaları
bilavasitə bazarla bağlı idi. Lakin mövcud olan ev icmaları bazar
ticarət münasibətlərinin inkişafını ləngidirdi.
Ev icmalarının varlığı torpaqla bağlı idi. Arrapha icmasında
torpaq alınıb-satılırdı. Bunun nəticəsində varlı və yoxsul ailələr
meydana gəlmişdi. Arrapha icmasındakı ailə kollektivi qullara
malik idi. Əsas qul mənbəyi uğurlu müharibələr idi. Lakin qədim
və orta Assur dövründə borc köləliyi də geniş yayılmışdı, çünki bu
zaman müharibələr Assuriyanın dövlət, məbəd və fərdi
təsərrüfatlarını qul əməyi ilə təmin edə bilmirdi. Məhz yeni Assur
dövründə uzun müddətli qələbələr ölkəni hərbi əsirlərlə doldurdu.
Bununla yanaşı işğal olunmuş ərazinin əhalisinin Assuriyaya
köçürülməsi ölkənin işçi qüvvəsini artırırdı. Nəticədə qul əməyinə
tələbat azalırdı. Yeni Assur dövründə qul ucuz qiymətə satılırdı.
Fərdi təsərrüfata, yəni ev icmasına məxsus olan qul müəyyən
müstəqilliyə malik olmuşdu. Qula ailə saxlamaq ixtiyarı
verilmişdi. Müstəqil becərmək üçün ona torpaq sahəsi ayrılırdı.
Məhsulun çox hissəsi quldara təhvil verilirdi. Qul, onun ailəsi və
əmlakı ağanın mülkiyyəti hesab olunurdu. Ağa qulu ailəsi ilə
|