______________Milli Kitabxana_____________
171
birlikdə sata bilərdi. Lakin assur qanunları borc əsarətinə düşmüş
adamla qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti
assuriyada geniş tətbiq olunurdu. Borclu borcunu vaxtında
qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında
işləməli və borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi
onu qul kimi sata bilməzdi. Sənədlərdə 10-20 quldan ibarət
ailələrin satılması qeyd olunmuşdur. Qullar becərdikləri torpaq
sahəsi ilə birlikdə də satılırdılar. Orta dövr assur qanunları ev
köləliyi və qadının mövqeyi haqda xüsusi maddələr nəzərdə
tutmuşdular. Ev sahibəsinin qul və kəniz ilə münasibəti
maddələrin birində belə əks olunmuşdur: "Əgər qul, yaxud kəniz
azad adamın əlindən bir şey qəbul edərsə, onda həmin qul və
kənizin burnu və qulağı kəsilməli, oğurlanmış şey isə
qaytarılmalıdır; adam öz arvadının da qulağını kəsə bilər. Əgər o,
arvadına cəza verməzsə və onun qulağını kəsməzsə, onda qul və
kənizin qulağı həmçinin kəsilməməli və onlar oğurlanmış şeyi
qaytarmamalıdırlar».
Assur qanunlarından belə nəticə əldə etmək olur ki, ailədə
qadına müstəqillik verilmirdi. Onun bütün hərəkətləri kişinin
nəzarəti altında idi. Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev
əşyası verə bilməzdi, yəni heç kəsə əl tutmamalı idi. Ailə
əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam
hüquqa malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş əşya
oğurluq malı hesab edilirdi. Müvafiq maddədə bu haqda belə
deyilir: "Əgər azad adam xəstədirsə, yaxud vəfat edibsə, onun
arvadı isə evdən bir şey oğurlayıb qadınamı, kişiyəmi, yaxud hər
hansı bir kəsəmi veribsə, (onda) həmin adamın arvadı və ev şeyini
qəbul edənlər öldürülməlidirlər.
Əgər azad adamın arvadı əri sağ olarkən ər evindən nə isə
oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı bir kəsəmi vermişsə,
onda həmin adam and vasitəsilə öz arvadını təqsirləndirə bilər və
ona cəza verə bilər, (oğurluq malını) adamın arvadından qəbul
etmiş şəxs isə malı qaytarmalıdır. Ər arvadına verdiyi cəzanı
(oğurluq malını qəbul etmiş) şəxsə də tətbiq etməlidir".
Assuriyada qadın ləyaqətinə yüksək qiymət verilirdi.
Qadının şəxsiyyətini və namusunu qoruyan maddələr orta Assur
|