______________Milli Kitabxana_____________
176
məmulatları-məişət qabları, silahlar (qalxan, dəbilqə, xəncər, ox
və s. istehsal edirdilər.
Urartunun özünəməxsus yüksək mədəniyyəti olmuşdur.
Onlarda memarlıq, yazı mədəniyyəti, incəsənət yüksək inkişaf
etmişdi. Urartulular Mesopotamiyadan mixi yazını mənimsəyərək
Urartu dilinə uyğunlaşdırmışdılar. Urartu qalalarında daşüstü
mətnlər-kitabələr həkk olunmuşdu.
Arxeoloji qazıntılar zamanı Urartuya aid yazılı sənədlər
aşkar edilmişdir. Urartulular istehkam və qala inşası sahəsində
böyük təcrübə qazanmış və şəhərlər salmışlar.
Urartuda dini görüşlər yaranmış, çoxallahlılıq mövcud
olmuşdur. Hər tayfa öz allahına sitayiş edirdi. Haldi (səma allahı)
Urartunun baş allahı sayılırdı. Onun şərəfinə qala salınmış, heykəl
qoyulmuşdu. Tufan, ildırım və yağış allahı Teyşeba, günəş allahı
Şivini adlanırdı.
Urartu bədii sənətkarlığına məxsus bir çox saxsı, metal,
zərgərlik məmulatlarının, möhürlərin üzərində müxtəlif rəsmlər
təsvir edilmişdir. Qızıl medalyon üzərində metal-plastika üsulu ilə
işlənmiş “taxtda əyləşmiş İlahəyə səcdə edən qadın” təsviri Urartu
zərgərlik sənətinin gözəl nümunəsidir. Urartu ərazisinin coğrafi
şəraiti müxtəlif olmuşdur. Burada ucqar və yüksək dağlarla
yanaşı, məhsuldar vadilər, aran torpaqları mövcud idi. Xüsusilə
Haldi allahına ithaf edilmiş məbədlərin nüfuzu saxlanılırdı və
təbliğ olunurdu. Urartu hökmdarları öz qələbələrini və abadlıq
işlərini Haldi allahını adı ilə bağlayırdılar. Məbədlərə nəzir verilir
və qurban kəsilirdi. İşğal olunmuş ölkələrdən gətirilmiş qənimətin,
mal-qaranın və əsirlərin bir qismi məbəd təsərrüfatına bəxş
edilirdi. Burada məbədlər hələ böyük torpaq sahələrinə malik
deyildilər. Urartu hökmdarları məbəd tikintisinə diqqət verirdilər,
lakin məbədlərdə dövlət təsərrüfat formasına oxşar təsərrüfatlar
hələ yaranmamışdı.
Ölkənin iqtisadi həyatında dövlət, yaxud hökmdar
təsərrüfatı mühüm mövqeyə malik olmuşdu. Dövlət təsərrüfatının
geniş torpaq sahələri, sənətkarlıq emalatxanaları, işçi qüvvəsi var
idi. Urartu hökmdarları işğal olunmuş ərazilərdə, eləcə də
Urartunun özündə müxtəlif abadlıq işləri aparır, yeni qala və
|