______________Milli Kitabxana_____________
179
QƏDİM MİDİYA MƏDƏNİYYƏTİ
Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Bir dövlət kimi
müasir İranın mərkəzi hissəsində yaranmışdı.
Midiya haqqında ilk məlumat e.ə. IX əsrin ortalarına aid
mixi yazılı qaynaqlarda verilir. Bu adı ilk dəfə Midiya ərazisinə
hücum edən və oranı talayan Assur hökmdarı III Salmanasar
işlətmişdir. Midiya tayfaları haqqında ilk geniş məlumatı yunan
tarixçisi Herodot “Tarix” əsərində vermişdir. O, Midiya ərazisində
altı qəbilənin yaşadığını göstərmişdir.
Mixi yazılarda Midiya sözü Maday, Matay, Amaday
şəklində işlənmişdir. Yunan mənbələri onu “Midiya” kimi qələmə
almışdır.
Midiya xırda vilayətlərdən (45-ə qədər) ibarət olmuşdur.
Vilayətləri canişinlər idarə edirdi. Midiyalılar əkinçilik, maldarlıq
və sənətkarlıqla məşğul olurdular. Əhalinin əsas məşğuliyyəti
əkinçilik, maldarlıq və sənətkarlıq idi. Metalişləmə işi sənətlər
içərisində daha çox seçilirdi. Midiya ərazisində dəmir, qurğuşun,
qızıl, neft və s. çıxarılırdı. “Midiya yağı” adlanan neftdən hərbi
işdə də istifadə edilirdi. Neftli parçanı oxlara bağlayıb od vuraraq,
düşmənin üzərinə, habelə yanğın törətmək üçün evlərin damına
atırdılar.
Midiya sənətkarları - dulusçular, toxucular, dəmirçilər əmək
alətləri, parça, xalça, silah, bəzək əşyaları, məişət əşyaları və s.
hazırlayırdılar. Onların hazırladıqları gözəl sənət nümunələri
qonşu ərazilərə yayılırdı. Bu, həmin ölkələrdə yerli mədəniyyətin
inkişafına böyük təsir göstərmişdir.
Midiya-Azərbaycan əlaqələri Azərbaycanda (Urmiyada,
Naxçıvanda, Qarabağda) tunc dövrünün boyalı qablar mədəniyyəti
nümunələrində daha yaxşı izlənir.
Əhali əyanlar, kahinlər, azad adamlar, sıravi icma üzvləri-
kəndlilər və qullar kimi müxtəlif təbəqələrə ayrılırdı. Astiaq nəsli
zadəganların hüquqlarmı məhdudlaşdırmağa çalışırdı. Bu
əyanların narazılığına səbəb oldu. Tarixi rəvayətlər Astiaqı qəddar
hökmdar kimi tanıtmışdır. Astiaq hakimiyyətini itirməkdən
həmişə ehtiyat edirmiş. O, hətta yeganə qızının övladının