______________Milli Kitabxana_____________
188
bir sıra etnosların, o cümlədən etnik cəhətdən qohum olan
etnosların ümumi adı olmuşdur. Lakin Manna xüsusi antroponim
və yer-toponim adlarının təhlili mövcud olan dillər barədə
mühakimə yürütməyə imkan verir. Manna yer adlarının bir qismi
türk dillərində izah olunur. Bəzi Manna hökmdar adları türk
mənşəli hesab oluna bilər. Çox güman ki, bu etnos hələ Aratta
dövründə burada yaşayırmış və ölkədə onun dilində işlənən söz ilə
Aratta (Alateye, yəni «dağ», «dağlıq ölkə») adlanmışdır. Bu
toponimlər prototürk, yaxud protoazərbaycan dilinə mənsub idi.
Lullubi, turukki və sular Arattanın sakinləri olmuşlar və prototürk
(protoazərbaycan) dilində danışırmışlar. Bununla əlaqədar
«turukki» etnonimini «türk» adının erkən forması kimi qəbul
etmək olar.
İranın, İraqın, Türkiyənin, Zaqafqaziyanın, Orta Asiyanın
bir çox ərazilərində hələ ən qədim dövrlərdən türklərin
məskunlaşması məsələsini müdafiə edən alimlərimizin sırası
getdikcə artmaqdadır.
Coğrafi anlayış kimi İran yaylasının sərhədləri Qərbdə
Zaqros dağlarından, Şərqdə Hindistan (İndi Əfqanıstan, Pa-kistan)
ərazisindən, Şimalda Araz çayından başlayır, Cənubda fars
körfəzinə çatır. Bu ölkə son zamanlaradək «Persiya» (Farsistan)
adlanırdı. XX əsrdə dövlət tərəfindən rəsmi olaraq «İran» adı
qəbul edilmişdir. Bəzi alimlərin fikrincə, «İran» adı qədim dövrdə
«Ariana» («ari» ölkəsi) şəklində işlədilirmiş, lakin Ariana qədim
yunan qaynaqlarında bütün İran yaylasına yox, ancaq onun Şərq
hissəsinə (indi: Seistana) şamil edilirdi. Avestada həmçinin
«Arianam veyca» («ari ölkəsi») adı çəkilmişdir. Bəzən bu ölkəni
Orta Asiyada qədim Xarəzm ərazisində yerləşdirirdilər. Mərv və
Herat şəhərini onun mərkəzi hesab edirdilər. Əhəmənilər
dövründə Arey («Ariya») Xarəzm və Soqdiana ilə bir canişinliyə
daxil idi və Xarəzmdə axan çay Ak adlanırdı (ola bilsin ki, Ak çay
adı türk sözü ak (aq) «ağ, ağımtıl (çay)» mənasını daşıyırmış).
Beləliklə, Arianam (Ariana)
Arey İran yaylasının Şərq və şimal-şərqində müəyyən
əraziyə verilən ad olmuşdur. «Ariana» adının İran formasına
çevrilməsi inandırıcı deyildir, «İran» adının əmələ gəlməsində
|