______________Milli Kitabxana_____________
191
obrazları üstünlük təşkil etmişdir. Qədim İran mədəniyyət
nümunələrində isə mifoloji şahların təsvirinə daha çox yer
verilmişdir. Həmin şahları təsvir edən eposlar içərisində
Firdovsinin «Şahnamə»si mühüm yer tutur. Qədim yazılı
abidələrdə, o cümlədən «Şahnamə»də mifoloji şahlar həmçinin
mədəni qəhrəmanlar rolunda çıxış edir. «Şahnamə»də ilk mifoloji
şah kimi Kəyumərs təsvir olunur.
Kəyumərs paltarı kəşf edir, çiy ət yeməkdən bişmiş ət
yeməyə keçməkdən ötrü odu kəşf edir. Kəyumərs Əhrimənin
yaratdığı divlərlə mübarizə edir, bu yolda onun oğlu Siyamək
qurban gedir. Yalnız Siyaməkin oğlu, Kəyumərsin nəvəsi Huşəng
atasının intiqamını alır. Huşəng surəti bir mifoloji şah surəti kimi
mürəkkəb obrazdır. Qədim İran mifologiyasının mədəni
qəhrəmanları içərisində Huşəng özünəməxsus yer tutur.
«Pardaxta» titulunun Huşəngə aid olması ehtimalı mövcuddur.
«Avesta»da bu titul Huşəngin adı ilə yanaşı çəkilir. Sülalə anlayışı
verən «Pardaxta» əvvəllər Huşəngin adı olmuş, sonradan isə onun
tituluna çevrilmişdir, daha sonralar isə İranın bütün mifoloji və
əfsanəvi hakimlərinə, o cümlədən İranın əbədi düşmənləri olan
Əfrasiyaba, hətta Zöhhaka da aid edilmişdir.
Xaoşyanqa (Huşəng «Avesta»da belə adlanır) Pardaxta
Ahura Məzdanın göstərişi ilə 7 ölkəni idarə edən ilk insan
olmuşdur. (7 ölkə anlayışı iranlıların və qərbi türklərin xalq
yaradıcılığında «bütün dünya» kimi başa düşülür). Huşəng təkcə
adamlar üzərində deyil, həmçinin divlər və cadugərlər üzərində
ağalıq edirmiş. Huşəng divlərin qoşununu elə darmadağın etdi ki,
onlar birdəfəlik zülmətdə gizlənməli oldular. O, iki dəfə
Mazandaran divlərinə qalib gəlir, sonra Ahura Məzdaya böyük
qurban verir. Huşəng odu kəşf edir, balta, mişar icad edir,
adamlara torpağı əkib becərməyi öyrədir, oda sitayişin əsasım
qoyur. O, əlindəki daşı dağdakı vəhşi ilana atır, ilan daşdan
yayınır, lakin daş qayaya dəydikdən sonra oradan od çıxır.
Ağır zərbə aldı, qaya partladı,
Toxunduqda daşa od parladı,
İlan ölmədi, oldu bu sirr faş
Ki, od mənbəyidir təbiətdə daş.
|