______________Milli Kitabxana_____________
199
əllərində dirilik ağacları, heyvan üstündə allahlar və s. təsvir
edilmişdi. Bu, Elam sənətkarlığının gözəl nümunəsi hesab olunur,
lakin onun əfsanə məzmunu qaranlıq qalır. Digər möhürlər
üzərində əks olunmuş əfsanəvi səhnələrin mövzusunu da açmaq
tam mümkün deyildir. Bir sıra möhürlərin təsvirləri elamlıların
gündəlik həyatına həsr olunmuşdur. Burada ov səhnəsi, torpağın
kotanla şumlanması, üçdişli toxa ilə sahənin becərilməsi,
qadınların xurma məhsulunu toplaması, keçilərin çöllərdən
qayıtması və pəyəyə salınması səhnələri verilmişdir. Möhürlərin
birində emalatxana təsvir edilmişdir: kişilər saxsı qab hazırlayır,
qadınlar isə yun təmizləyir, bayırda anbarlara taxıl tökürlər, anbar
yanında diz üstə oturan mirzə qəbul olunmuş taxılın hesabını
aparır. Bunlar elamlıların gündəlik məşğul olduqları əmək
prosesini gerçək əks edən təsvirlərdir.
Elam sənətkarlığının gözəl nümunələrindən biri uzunsov
qədəh hesab edilir. Onun üzərində dağ keçisinin əndamı ümumi
şəkildə cızılmışdır. Dağ keçisinin yay kimi burulmuş buynuzlan
belinə kimi çatdırılmışdır. Keçi təsvir olunan hissə çərçivəyə
alınmış, onun üstündən isə sanki sıçrayışa hazırlaşan tazı təsvirləri
verilmişdir. Yuxarı hissədə boğazı nazik və uzunsov quşlar təsvir
olunmuşdur. Təsvirlərin hamısı ümumi incəlik və gözəl uyğunluq
yaradır. Təsvir öz gerçəkliyi ilə fərqlənir. Nazik səthi olan güldana
isə qıvrılıb qalxan ilan təsviri vurulmuşdur. İlan müxtəlif
rənglərdə işlənmişdi. İlan Elam mədəniyyətinin ana xəttini təşkil
edirdi. Elamlıların təsəvvürünə görə, ilan məhsuldarlığı təmsil
edirmiş. Bitişik qoşa ilan təsvirlərinə rast gəlinir. Qoşa ilanlar
məhsuldarlıq rəmzini bildirirmiş. Qoşa ilan mövzusu Misirə də
sirayət etmişdi. Elamlılar ilanı ilahiləşdirmişdilər. Eyni zamanda
ilana insan sifəti verilirdi. İnsan başlı ilan Elam mədəniyyətinə xas
olan cəhətdir. Belə təsvirlər İkiçayarasında da məlum deyildi.
Metaləritmə və metalişləmə sənəti Elamda yüksək inkişaf
səviyyəsinə qalxmışdı. Hökmdar qadın Napirasunun heykəli buna
bir nümunədir. Heykəl çox böyük əzəmətə malikdir. Heykəldə
hökmdar dadının uzun barmaqları, qəddi-qaməti böyük bir
incəliklə işlənmişdi. Abidənin ağırlığı 1800 q çatırdı. Hökmdar
Untaş-Napirişaya məxsus tunc balta tapılmışdır. Baltanın tiyəsi
|