______________Milli Kitabxana_____________
207
qəbul etmişdilər, çünki e.ə. Vl-V əsrlərdə zərdüştlük ehkamları
hələ tam formalaşmamışdı.
Maddi istehsal və ixtisaslaşdırma ticarətin genişlənməsinə
şərait yaradırdı. Hər vilayət özünəməxsus məhsul ilə tanınırdı.
Maqadha metal və düyü ilə məşhur idi. Ölkənin şimal-qərb hissəsi
at və arpa, cənubu qiymətli daş, mirvari və şirniyyat ilə, qərbi
pambıq və pambıq parçalar ilə fərqlənirdi. Dövlət ticarət işindən
böyük gəlir götürürdü. Buna görə dövlət yolların çəkilməsi,
bazarda qayda-qanun yaradılması, çəki daşlarının
dəqiqləşdirilməsi və ticarət müqavilələrinin bağlanmasına qayğı
göstərirdi. Ticarətin inkişafı pul dövriyyəsini genişləndirdi.
Ən geniş yayılmış pul vahidi pana idi. Ölkənin şimal-
qərbində Haxamaniş və yunan pul vahidləri də işlədilirdi.
Sələmçilik ölkədə vüsət almışdı. Borcun illik faizi müxtəlif idi.
Borc faizi 15-60 %-ə çatırdı.
Sənətkarlıq kənd və şəhərlərdə təmsil olunmuşdu. Əsl
sənətkarlıq mərkəzləri şəhərlərdə cəmləşmişdi. Burada qara və
əlvan metallurgiya inkişaf tapmışdı. Şəhərlərdə dəmirçilik, silah
hazırlama, zərgərlik işi, ağac, daş və sümükişləmə, dulusçuluq
sənətkarlığı, ətriyyat hazırlama və s. peşə sahələri geniş
yayılmışdı. Müxtəlif peşə sahələrinin ittifaqı (şreni) yaranmışdı.
Hökmdara, ayrı-ayrı varlılara məxsus sənətkarlıq emalatxanaları
vardı.
Qədim İran mədəniyyəti qonşu xalqların mədəniyyətində,
bütövlükdə bəşər mədəniyyətinin inkişafında əvəzolunmaz iz
buraxmış, onun inkişafına güclü təsir göstərmişdir.
|