______________Milli Kitabxana_____________
214
daşından və bazalt daşdan düzəldilən alətlərlə yanaşı obsidiandan
(vulkanik-şüşə) düzəldilən alətlər peyda oldu. Obsidiandan dişli
ərsin tiyə düzəldirdilər. Alt paleolitin sonunda insan sürüsünü və
ilk icmanı daha sabit olan nəsil icması əvəz edir.
Təxminən 100 min il bundan qabaq orta paleolit (mustye)
dövrü başlanır və b. e. əvvəl 40-cı minilliyə qədər davam edir.
İnsanlar Kiçik Qafqaz, Naxçıvan, Qarabağ və Qazaxın daha geniş
ərazilərində məskən salır. Qarabağın Tağlar, Qazaxın Damcılı,
Naxçıvanın Qazma mağaralarında külli miqdarda daş alət
nümunələri tapılmışdır. Orta paleolit dövründə neandertal adam
tipi formalaşır. Orta paleolit dövründə də ovçuluq və yığıcılıq
başlıca məşğuliyyət növü olaraq qalırdı. Qafqaz maralı, mağara
ayısı və boz ayı, dağ keçisi və vəhşi at-kulan ovlayırdılar. Həmin
dövrdə dini təsəvvürlərdə dəyişikliklər baş verir, o dünyaya inam,
totemizm, ovsun və bir çox başqa ibtidai din formaları yaranır.
Orta paleolitdə insan sürüsünü tədricən nəsil icması başqa cür
desək, qəbilə icması əvəz edirdi.
Üst paleolit dövrü e. ə. 40-cı minillikdən XII minilliyə qədər
davam edir. Mülayim rütubətli iqlim hökm sürür, fauna və flora
dəyişir. Bu dövrün izlərinə Qarabağ və Qazax mağara
məskənlərində təsadüf olunur. Təkmilləşdirilmiş ərsin, biz,
kənarları diş-diş edilmiş alətlər, uzunsov, dəyirmi və üçbucaq
şəkilli alətlər üzə sıxdı. Bu zaman “homo sapiyensin” (ağıllı
insan) formalaşması sona yetdi. Nəsil icmasını qəbilə icması əvəz
etdi və ana xətti üzrə nəsil-qəbilə icması qəti surətdə yer aldı. Bu,
matriarxat dövrü idi. E. ə. 12 minillikdən 8-ci minilliyə qədər
mezolit dövrü davam etdi. Bu zaman kaman və oxun kəşf edilməsi
ilə ov birinci yerə çıxdı, heyvanları əhliləşdirməyə başladılar, bu
da gələcəkdə maldarlığa keçidin əsasını qoydu.
Mezolit dövrünün sonunda ibtidai əkinçiliyin ünsürləri
əmələ gəldi, istehsal edən təsərrüfatın əsası qoyuldu, neolit
dövründə isə onun formalaşması başa çatdı. Azərbaycanda
mezolit dövrü başlıca olaraq Qobustan abidələrində Cəfərqulu
Rüstəmov, Firuzə Muradova tərəfindən tədqiq edilmişdir.
Qobustanlılar burada 12 min il əvvəl məskən salıb. Ovçuluq,
balıqçılıq, yığıcılıqla məşğul olub. Burada, “Öküzlər”, “Ana
|