______________Milli Kitabxana_____________
206
Midiyada, nə də İranın cənubunda zərdüştlük dininə xidmət
etmirdilər. Ehtimal edirlər ki, məhz e.ə. VI əsrin sonunda maqlar
zərdüştlük dininə də xidmət etməyə başladılar. Avestada Zərdüşt
kahinləri atravan adlanırdılar. Atravan "od saxlayan" mənasını
daşıyır. Lakin erkən zərdüştlük oda sitayişi əsas müddəa kimi
qəbul etməmişdi. Güman etmək olar ki, zərdüştlüyə qədərki
kahinlər oda sitayiş edirmişlər, yəni atəşpərəst idilər. Kahinlər
atəşpərəstlik ehkamını zərdüştlüyə təxminən e.ə. V-IV əsrlərdə
gətirmişdilər. Atəşpərəstlik, qədim dini ayin kimi, İranda təmsil
olunmuşdu. E.ə. VIII əsr mixi yazılarında od ilə əlaqədar
toponimlər adı çəkilmişdir. Persepol elam mətnlərində "od
saxlayan" kahinlər yad edilirdi. İlk atəşpərəstlər müxtəlif etnik
mənsubiyyətə malik imişlər. Bəzi tədqiqatçılar Midiya maqlarını
İran mənşəli yox, turan (türk) tayfalarına mənsub edirdilər.
Zərdüştlüyün yayılması ilə əlaqədar onun təlimini qəbul etmiş
maqlar İran dillərini də bilməli idilər, çünki Avesta dili İran dilləri
qrupuna aid idi.
Maqlar Haxamaniş şahlarının rəsmi kahinləri imişlər. Buna
baxmayaraq belə hesab edirlər ki, Haxamanişlər zərdüştlüyü qəbul
etməmişdilər. Başqa bir mülahizəyə görə, onlar Zərdüşt dininə
sitayiş edirdilər, çünki I Daradan başlayaraq Haxamanişlər
Ahuramazdanı yeganə böyük allah hesab edirdilər. Güman edirlər
ki, əhali arasında zərdüştlük kök salmamışdı. Herodotun
məlumatına görə, farslar məbəd tikməzmişlər, ibadəti açıq havada
keçirərmişlər. Haxamanişlər, o cümlədən farslar ölünü dəfn
edirdilər, lakin maqlar meyiti basdırmırdılar. Onun qurd-quşa yem
kimi qoyurdular, sonra sümükləri torpağa quylayırdılar. Bu ayin
zərdüştlüyün ilk mərhələsinə xas deyildi. Farslar köhnə allahlara
da sitayiş edirdilər. Erkən zərdüştlük dini ayinləri məbəddə yox,
açıq səma altında keçirilirdi. Lakin yerli İran əhalisi arasında
məbədlərdə oda sitayiş etmək dini ayini mövcud idi. Yəqin ki,
yerli dinlərin Zərdüşt dini ayinlərinə və mərasimlərinə təsiri
olmuşdu. Maqların oda sitayiş etməsi və sönməz odu məbədlərdə
qoruması ayini qədim olmuş, sonralar məbədlərdə oda ibadət
zərdüştlüyə də keçmişdir. Ehtimala görə, I Daranın
hakimiyyətindən başlayaraq Haxamanişlər erkən zərdüştlüyü
|