Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə179/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   328
______________Milli Kitabxana_____________ 

 219


Metaləritmədə mislə qalayın xəlitəsi olan klassik bürünc meydana 

gəldi. Dəmirçilər tökmə, döymə, qaynaq, basmaqəlib və s. 

üsullara yiyələndilər. Qızıl və gümüş məmulatlar meydana gəldi. 

Metaldan silah, alət, məişət  əşyaları istehsal edirdilər. Böyük 

məharətlə  işlənmiş külli miqdarda tayı olmayan bürünc 

məmulatlar tapılmışdır. Qazıntılar zamanı iplikbənd, iynə, cida 

kimi toxuculuğa aid çoxlu əmək alətləri aşkar edilib. Gürz, dən 

üyüdən, həvəng və bu kimi daşdan düzəldilmiş  bəzi  əşyalar da 

qorunub saxlanırdı. Ovçuluq və balıqçılıq təsərrüfat fəaliyyətinin 

yardımçı sahəsi kimi qalırdı. Qəbilə başçıları  və  nəsil 

ağsaqqallarının hökmranlığı sürətlə güclənirdi. Qəbilə ittifaqları 

meydana gəldi. Məzarlar güclü təbəqələşmənin mövcudluğuna 

dəlalət edir. Başçıların məzar təpəliklərindəki dəfn əşyaları zəngin 

və çeşidlidir. Mərhumların üzərinə çox vaxt qırmızı oxra boyası 

səpələyirdilər, yandırma mərasimi də geniş vüsət almışdı. Dində 

şamançılıq və ovsun geniş yayılmışdı. Qobustan, Gəmiqaya və 

İstisu abidələrinin bir çox rəsmləri buna dəlalət edir. İbtidai 

incəsənət  əhəmiyyətli dərəcədə inkişaf etmişdi. Məmulat zəngin 

surətdə heyvan, insan təsvirləri ilə, bitkivari və  həndəsi naxışla 

bəzədilirdi. 

II minilliyin II yarısından başlayaraq Azərbaycanda ibtidai 

icma quruluşunun inkişafında son mərhələ başlandı. Onu iki 

hissəyə - e. ə. XIV-XII əsrlər üst tunc və e. ə. XI –VIII əsrlər alt 

dəmir dövrlərinə ayırırlar. Dəmirin tətbiqi cəmiyyətdə  kənd 

təsərrüfatının sürətli inkişafı, mübadilənin genişlənməsi, qonşu 

ölkələrlə  əlaqələrin möhkəmlənməsi, qəbilə icmasının süqutu, 

sinfi cəmiyyətə keçid kimi bir çox dəyişikliklərə  gətirib çıxardı. 

Artıq eneolit dövründə Şərqin bir çox ölkələrində (Misir, Çayarası 

ərazi) sinfi cəmiyyətin yarandığı  məlumdur. Qarabağ, Naxçıvan, 

Gəncə-Qazax və  Şəki-Zaqatala bölgələrində üst bürünc və alt 

dəmir dövrlərinə aid olan külli miqdarda təpəlik və digər (daş 

yeşiklər, torpaq qəbirlər) tipli məzarlar aşkar edilib. Burada çoxlu 

silah, kənd təsərrüfatı alətləri, sənətkar alətləri, zinət əşyaları və s. 

tapılıb. Həmin dövrün məskənləri də geniş  ərazilərdə yerləşirdi. 

Təsərrüfatda yarımköçəri maldarlıq ön plana çıxır. Maldarlar 

dağlara qalxır, burada məskən salır və nəhəng qurğular tikirdilər. 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin