______________Milli Kitabxana_____________
221
icmanın süqutu və sinfi cəmiyyətə keçid dövrüdür. Şimalı
Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda bu proses daha
sürətlə gedirdi, burada dövlətlər də daha əvvəl meydana gəldi.
Cəmiyyətin alt bürünc dövründə başlamış mülki və ictimai
təbəqələşməsi üst bürünc və alt dəmir dövründə güclənir.
Azərbaycanın şimalında iri qəbilə birlikləri yaranır. Güclü
qəbilələr geniş məhsuldar torpaqları və örüşləri zəbt edirdi. Qəbilə
daxilində də təbəqələşmə gedir, zəngin ailələr başqalarından
seçilirdi. Dəmir və bürünc alətlərin tətbiqi daha bol ərzaq
məhsulları əldə etməyə imkan yaratmışdı. Belə alətlərə malik ailə
əvvəllər bütün qəbilənin gördüyü işi yerinə yetirməyə qadir idi.
Sürətlə qonşu icması formalaşmağa başladı. Zəngin ailələrin çox
otaqlı evləri, çoxlu mal-qarası var idi, onların məzarlarında
müxtəlif ləvazimat aşkar olunub. Əksinə, icma üzvlərinin
əksəriyyəti müflisləşmişdi. Onların məzarlarında, demək olar ki,
heç bir əşya yoxdur. Varlı ailələr məzlumları əlavə işçi qüvvəsi
kimi muzdurluğa götürürdü. Qəbilə arası toqquşmalarda əsir
alınmış insanlardan da bu məqsədlə istifadə edirdilər. Beləliklə,
qullar meydana gəldi. Çox vaxt onları amansızcasına qətlə yetirir
və sahibləri ilə yanaşı basdırırdılar. Cəmiyyətin həyatında
müharibə böyük yer tuturdu. Odur ki, məzarlarda külli miqdarda
qılınc, nizə və ox ucluqları, döyüş baltaları, toppuzlar kimi
silahların tapılması təsadüfi deyil. Üst bürünc və alt dəmir
dövrünün, demək olar ki, bütün məskənləri güclü qala
istehkamlarına malik idi. Qüdrətli qəbilələr zəiflərə zəfər çalaraq
onları özlərinə tabe edirdilər. Bu, hərbi demokratiya dövrü idi.
E.ə. II minillikdə hökm sürmüş Assuriya çarı Adadnirarinin adı
həkk edilmiş muncuğun Xocalıda aşkar edilməsi Şimali
Azərbaycan qəbilələrinin başqa ölkələrlə, o cümlədən Ön Asiya
ölkələri ilə əlaqələrindən xəbər verir. Daha əlverişli təbiət-iqlim
şəraiti, Ön Asiya mədəni mərkəzlərinin yaxınlığı və təsiri, bu
mərkəzlərlə daimi əlaqələr Cənubi Azərbaycanda nəsil icmasının
süqutunu Azərbaycanın şimal bölgələrindən xeyli əvvəl
sürətləndirdi, artıq e. ə. III minilliyin əvvəli, II minilliyin sonunda
burada ilk, hələ ibtidai sinfi cəmiyyətlər yarandı. Azərbaycanın
şimalında isə bu zaman hələ də qəbilə və qəbilə ittifaqları
|