______________Milli Kitabxana_____________
222
qalmaqda davam edirdi. Cənubi Azərbaycanın cənub qərb
hissəsində sinfi münasibətlər daha sürətlə təşəkkül tapırdı. Burada
artıq e. ə. III minillikdə Mesopotamiyanın şəhər-dövlətləri ilə sıx
əlaqələri olan ilk dövlət qurumları yaranır.
Beləliklə, Birinci ictimai əmək bölgüsü, şumluq əkinçilik,
mal-qara artımı, şumluq torpaqlar və örüşlər uğrunda mübarizə
güclü qəbilə birliklərin yaranması prosesini sürətləndirdi. Şumer
dastanları və mixi yazı nümunələrində Azərbaycan qəbilələri
haqqında ilk yazılı məlumatlarda Mil-Qarabağ bölgəsində yaşayan
qarqarlar qəbilələrindən, Urmiya gölündən Cənubda yaşayan
lullubi, su, turukki, ondan qərbdə məskən salmış kuti
qəbilələrindən bəhs edilir.
Lullubilər döyüşkən qəbilə idi. Bu qəbilə birliyinə su,
turukki və başqaları daxil idi. Maldarlıqla məşğul olduqlarından
mal-qaranı taxıla dəyişirdilər. Onlar günəşə, aya, məhəbbət və
məhsuldarlıq ilahəsinə sitayiş edirdilər.
Aratta. Aratta dağlıq ölkə idi. Türk xalqlarının işlətdikləri
Alataa, Alatuu, Alatau, Aladağ və s. sözlər dağ, dağ silsiləsi
mənasındadır. Aratta bu sözlərin erkən forması olmuşdur.
Aratta Azərbaycan ərazisində yaranmış ilk qədim dövlət
qurumu idi. Onun torpaqları Urmiya gölünün cənub-şərqində
yerləşirdi. Aratta dövləti e.ə. III minilliyin birinci yarısında
mövcud olmuşdur. Mesopotamiyanın Şumer şəhər-dövlətləri ilə
iqtisadi, siyasi və mədəni əlaqələri olmuşdur. Aratta ölkəsini “en”,
yaxud “ensi” rütbəsi daşıyan hökmdar idarə edirdi. Şumerdə en,
yaxud ensi ali kahini-hökmdarı bildirirdi. Aratta hökmdarı türk
mənşəli sülaləyə mənsub idi. Ölkənin əsas şəhəri Aratta adlanırdı.
Dini idarələrə maşmaş adlanan kahin başçılıq edirdi. Aratta
hökmdarı yanında hərb məsələləri üzrə şura fəaliyyət göstərirdi,
lakin son qərarı hökmdar özü verirdi.
Şumerdə olduğu kimi, Arattada da çoxallahlılıq mövcud idi.
Məbədlər tikilirdi. Arattada ilahə İnannaya sitayiş edirdilər.
İnanna Şumerdə məhəbbət və bərəkət ilahəsi sayılırdı.
Lullubi dövlət qurumu. E.ə. III minilliyin ikinci yarısında
Azərbaycanın cənubunda, Urmiya gölündən cənubda Lullubi tayfa
birliyi yaranmışdır. Artıq e.ə. XXIII əsrdə Lullubi tayfa birliyi
|