______________Milli Kitabxana_____________
202
həyatda xeyri, yaxud şəri seçməkdə sərbəstdirlər, lakin son
məqamda xeyir və həqiqət üçün imkan tapır. Avestada əks
olunmuş dialekt leksikasına və ümumi mülahizələrə əsaslanaraq
Zərdüştün vətənini Orta Asiyada, yaxud Əfqanıstanda
yerləşdirirlər. Bu mülahizə özü mübahisəli qalmaqdadır. Sonrakı
İran ənənəsi Rey şəhərini, yaxud Azərbaycanı Zərdüştün vətəni
hesab etmişdilər. Qatların dili asanlıqla anlaşılmır. Onun bir çox
parçaları müxtəlif cürə başa düşülür, çətinliklə izah olunur.
Yasna maldarlıq təsərrüfat sahəsini təbliğ edir. Zərdüşt
"peyğəmbər" kimi çıxış edir, Ahuramazdanı mal-qaranın
yaradıcısı kimi qələmə verir. Qatda yazılır: "Biz Ahuramazdanı
tərifləyirik, çünki o, mal-qaranı və Artanı, suyu və bitkiləri, işıq
və torpağı, bütün nemətləri yaratdı... Mal-qaraya dinc otlaq və
yem verməyə çağırırıq". Zərdüştün təliminə görə, mal-qaranın
canıyanan sahibi olmalıdır, buna görə Ahuramazda çoban yaratdı.
Lakin divlərə (qədim farsca "dayva") sitayiş edənlər çobana
zorakılıq edirlər, evləri, kəndləri, vilayətləri və ölkələri talayırlar.
Onlara qarşı silahla vuruşmaq, mal-qaranı zorakılıq və
qəddarlıqdan qorumaq lazımdır. Yalançılar ölkədə mal-qaranın
çoxalmasını istəmirlər. Hakimiyyəti onların əlindən almaq
lazımdır.
Qatlar əhalinin maldarlıqla məşğul olduğu dövrü əks
etmişlər. Ara müharibələrim nəticəsində əhalinin mal-qarası,
davarı, əmlakı talan edilirdi. Burada müharibə törədənlər yalançı,
div, Anqromanyunun tərəfdarları kimi şər qüvvələrə şamil
edilmişdir. Qatlar, şübhəsiz, sinfi cəmiyyət və müharibələr
şəraitini əks etmişlər. Məlum olduğu kimi, İran ərazisi tez-tez
İkiçayarası hökmdarlarının basqınlarına məruz qalırdı, ölkə
talanırdı, mal-qara aparılırdı. Ölkədə yaranan narazılıq və ehtiyac
yeni təlimlərin meydana gəlməsinə
şərait yaradırdı,
çoxallahlılıqdan tək allaha ibadət bərqərar olurdu. Zərdüşt
təliminin İran ərazisində, xüsusilə maldarlıqla məşğul olan dağ
əhalisi arasında meydana gəlməsi üçün tarixi şərait mövcud idi.
Ola bilsin ki, Zərdüşt təlimi buradan şərqə doğru yayılmışdı. Bu
təlimin mahiyyətini xeyir və şərin mübarizəsi təşkil edir: guya
varlığın əvvəlində xeyirxah və bədxah ruhlar öz əməllərinə, ,
|