______________Milli Kitabxana_____________
197
buraya sami tayfaları yol açmışdı. Ola bilsin ki, Elamın cənub-
qərbində şumerlər də məskən salmışdılar. Şimaldan Elam
ərazisinə turukkilər (prototürklər), kassilər və bəlkə də subir və
hurrilər yayılmağa başlamışdılar. Bu tayfaların heç biri əhalinin
elam mənşəli tərkibində dəyişiklik edə bilmədi. Son dövrlərdə
Elam ərazisinə irandilli tayfalar yol açdılar. Onlar əvvəlcə Anşan
vilayətində, sonra da Elamın başqa vilayətlərində məskən
salmışdılar. Müxtəlif tayfaların Elamda məskunlaşmasına
baxmayaraq Elam mədəniyyəti özünəməxsus əlamətləri
saxlayırdı. Minilliklər ərzində elamların mənəvi aləmi, qədim
ayinləri və dini görüşləri öz varlığını saxladı.
Din Elam əhalisi arasında, onun gündəlik həyatında mühüm
yer tuturdu. Elamlılara məxsus allahlar panteonu yaradılmışdı.
"Narm-Suenlə müqavilə" şahid kimi 37 allah adını sadalamışdı.
Burada Elam allahları ilə yanaşı Akkad allahlarının da adları
çəkilmişdi. Elam panteonunda Akkad və bəlkə də başqa mənşəli
allahlar da təmsil olunmuşdu. Qarışıq panteon qədim Şərqin digər
ölkələrinə də xas idi. E.ə. III minillikdə Elam panteonuna ana
ilahə Pinenkir başçılıq edirdi. Bu da Elam cəmiyyətində ana nəsli
qaydalarının saxlanılmasını göstərən amil hesab edilər bilər. Elam
vilayətlərinin hərəsinin özünəməxsus ana ilahəsi vardı. Pinenkir
Suz şəhər icmasının ilahəsi sayılırdı. O, "səma hökmdarəsi" kimi
məlum idi. İkiçayarası əhalisi Pinenkiri özlərinin İştar (məhəbbət
və məhsuldar ilahəsi) ilahəsi ilə eyniləşdirirdilər. Pinenkir böyük
ana ilahə hesab edilirdi. Elamın Liyan (İran körfəzi sahili) vilayəti
əhalisi Kiririşa ("Böyük ilahə") ilahəsinə sitayiş edirdi. Anşan
vilayətində isə ilahə Partiyə ibadət yayılmışdı. Kiririşaya ibadət
ümum Elam səviyyəsinə qalxmışdı. E.ə. III minillikdə allah
Humpan Elam panteonunda ikinci yer tuturdu, lakin II minilliyin
ortalananda o artıq panteona başçılıq edirdi. Elam cəmiyyətində
baş vermiş və dərinləşmiş sosial-iqtisadi və ictimai dəyişikliklər
dini təsəvvürlərə də təsir göstərmişdi. Elamlıların mənəvi
aləmində ata nəsli hüququ üstünlük qazanmışdı. Humpan da
"Səma hökmdarı" hesab edilirdi. Bu allah Pinenkirin və
Kiririşanın əri kimi təsəvvür olunurdu. Humpan və Kiririşanın
nikahından allah Humpan yaranmışdı.
|