______________Milli Kitabxana_____________
194
(saray adamları, bac-xərac gətirən başqa xalqların nümayəndələri)
təsvir olunmuşdu. Persepolda yeni il bayram şənlikləri
keçirilərmiş. Ehtimala görə, yeni il bayramı martın 22-də
başlarmış.
Haxamaniş şahları Suz şəhərində geniş tikinti işləri
aparırdılar. Suz şəhərində saray tikintisi barədə I Daranın kitabəsi
məlumat verir: "Bu sarayı mən Suzda tikdirdim. Onun bəzəkləri
uzaqlardan gətirilmişdir. Torpaq çox dərin, ta ki qayanın özülünə
çatınca qazıldı. Sidr Livan dağlarından gətirildi. Assur xalqı onu
Babilə gətirdi. Karilər və İoniyalılar onu Suza çatdırdılar. (Hind)
palıd ağacı Qəndəhər və Kirmandan gətirildi. Burada işlədilən
qızıl Sard və Baktriyadan gətirildi. Əlvan daşlar, lacivərd və əqiq
ki, burada istifadə olunurdu, Soqddan gətirilmişdi. Burada
işlədilən tünd göy əlvan daş (firuzə) Xarəzmdən gətirilmişdi.
Burada istifadə olunan gümüş və tunc (yaxud qara ağac) Misirdən
gətirilirdi. Divar bəzəkləri İoniyadan gətirilmişdi. Burada
işlədilmiş fil sümüyü Efiopiya (Kuş), Hindistan və Araxoziyadan
gətirilirdi. Burada işlədilən daş sütunlar Elamın Abiraduş
kəndindən gətirilmişdi. Daşyonanlar ioniyalı və lidiyalılardı.
Qızılla işləyən zərgərlər midiyalı və misirlilərdi. Ağaca naxış
vuran adamlar midiyalı və misirlilərdi. Kərpic tökən adamlar
babillilərdi". I Dara böyük bir təmtəraqla Suz şəhərində saray
dəsti inşa etdirdi. Burada 100-dən çox otaq tikilmişdi, 12 ölkədən
material gətirilmişdi. Saraya ağ, qırmızı, qara və Sarı mərmər
döşənmişdi. Ziyafət otağının tavanı 20 m-lik sütunlara dirənirdi,
sütunların yuxarı hissəsi öküz başı rəsmi ilə bəzənmişdi. Ruradan
tapılmış kitabədə deyilirdi: "Bax, bu ölkələrdən saray üçün bəzək
gətirmişdilər. - Pars, Elam, Midiya, Babil, Assuriya, Ərəbistan,
Misir, dənizarxası ölkələr, Lidiya, İoniya, Urartu, Kappadokiya,
Parfiya, Drangiana, Areya, Xarəzm, Baktriya, Soqdiana,
Qandhara, Skitiya, Sattagidiya, Araxosiya...". Nəqşi-Rüstəmdə
(Persepol yaxınlığında) Haxamaniş dini abidələr dəsti
yaradılmışdı. Burada I Daradan başlayaraq dörd Haxamaniş
şahının qaya oyuqlarında məqbərələri inşa edilmişdi.
Haxamanişlər dövründə mixi işarələr əsasında qədim fars yazı
növü icad edilmişdi. Bu yazı "hecalı əlifbadan" ibarət idi. Qədim
|