______________Milli Kitabxana_____________
190
dəfələrlə Manna allahlarının təsvirlərini qənimət kimi
aparmışdılar.
İranın cənubunda olan xalqlar, o cümlədən farslar arasında
zərdüştilik təlimi yayılmışdı. Herodotun verdiyi məlumata görə,
onlar məbəd tikməzdilər, ibadəti açıq havada keçirərdilər. Həmin
xalqlar müxtəlif təbiət qüvvələrinə sitayiş edirdilər. Günəş, su, ay,
külək və s. dini ibadətə çevrilmişdi. Bütün bunlar Avestada təsvir
olunan miflərdə öz əksini tapmışdı.
İran mədəniyyəti haqqında əsas məlumatlar qədim
abidələrdə qorunub saxlanılmışdır. Həmin abidələr içərisində
Avesta özünəməxsus yer tutur. Avestada ən qədim əsatirlər öz
əksini tapmışdır. Bunlar eyni zamanda «Şahnamə»,
«Bəhmənnamə», «Camasbnamə», «Geştasbnamə», pəhləvi
kitabları, «Artaviraknamak» və s. əsərlərdə geniş şəkildə təsvir
olunmuşdur.
Div, pəri, əjdaha, Simurq quşu kimi mifoloji obrazlar, o
cümlədən tarixi şəxsiyyətlər hesab edilən Cəmşid (Avestada ilk
insan, ilk padşah Yima adlanır), Huşəng, Təhmuras, Kəyumərs,
Zöhhak, Fərudin, Mənuçöhr, Nuzər, Gərşasb və b. adlar təkcə
farsdilli ədəbiyyatda deyil, həmçinin türk xalqlarının dastan, əsatir
yaradıcılığında geniş əksini tapmışdır. Həmin eposlardakı təsvirlər
təbiət qüvvələrinin canlılaşdırılmasından başlanır. Tarixin
əvvəllərində bu inikasın obyektləri, hər şeydən əvvəl, təbiət
qüvvələrindən ibarətdir və bunlar sonrakı təkamül zamanı
müxtəlif xalqlarda ən müxtəlif və cürbəcür şəkildə canlandırılır.
Bu ilkin proses müqayisəli mədəniyyət vasitəsi ilə hər halda Hind-
Avropa xalqları arasında izlənərək, Hind vedalarındakı ilk
təzahürünə qədər araşdırılmış, onun sonrakı inkişafı isə hindular,
farslar, yunanlar, romalılar, germanlar, keltlər, litvalılar və
slavyanlar arasında ətraflı tədqiq edilmişdir.
Dünyagörüşü əsasında doğulmuş fantastik obrazlar öz
müstəqilliyini uzun müddət saxlaya bilir. Burada onun reallığına
zəif də olsa, inamın olması mühüm rol oynayır. Lakin fantastik
obrazlar doğulduğu dünyagörüşü atmosferini yaşayaraq bədii
şüura çevrilir, obrazlar və motivlər dairəsini yaradır.
Qədim Şərq mədəniyyətində, onun mifologiyasında allah
|