daşımışdır. Mannada əhalinin əsas dili ən qədim türk dili
olmuşdur. E.ə. II minillikdə Azərbaycanın ərazisində yerli
______________Milli Kitabxana_____________
186
QƏDİM İRAN MƏDƏNİYYƏTİ
Mesopotamiyadan şərqdəki vadilərdə və dağlardakı
yaylalarda iranlı (fars) tayfaları köçəri həyat sürürdülər. Bu
ərazidə yaranmış İran dövlətinin əsasını Əhəmənilər sülaləsi
qoymuşdur. Farsların başçısı I Kambiz Midiyaya tabe idi. O,
Midiya çarı Astiaqın (584-550) qızı Mandanaya evlənmişdi.
Mandanadan olan Kir (e.ə. 558-530) inzibati və pul islahatı
keçirdi. Vahid pul sistemi yaratdı. Ölkə 20 satraplığa bölündü.
Satraplığa satrap başçılıq edirdi. Persepolla yanaşı, Babil, Suz,
Ekbatan şəhərləri də İranın paytaxtı idi. İran-yunan
müharibələrində (e.ə. 490-449) İran məğlub oldu.
Əhəmənilər dövründə mixi yazı əsasında qədim fars yazı
növü icad edildi. Farslar şəmsi-qəməri (günəş-ay) təqvimi tərtib
etmişlər. E.ə. zərdüştlük Əhəmənilərin rəsmi dini oldu. I Dara
Bisütun qayası üzərində ən məşhur kitabə həkk etdirmişdir.
Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun ətrafında
ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman
adlandırırdılar. Persepol xarabalıqlarına orta əsrlərdə Təxti-
Cəmşid deyirdilər.
Əhəmənilər imperiyası e.ə. IV əsrin sonunda zəiflədi,
İsgəndər Persepol şəhərini tutdu, İranın sonuncu padşahı III Dara
öldürüldü. İran Əhəmənilər imperiyasına son qoyuldu.
Bir neçə əsrdir ki, elmi və bədii ədəbiyyatda İran və fars
dövləti anlayışları yanlış olaraq sinonim kimi işlədilir. Bunun
yanlış olmasının başlıca səbəbi İranda tarixən məskunlaşan
xalqların unudulması, nəzərdən qaçırılmasıdır. Nəticədə təqribən
3 min ildən çox bir müddət ərzində İran ərazisində yaraşan
mədəniyyət və digər mənəvi sərvətlər yanlış olaraq farsların adına
çıxarılır. Avropa və rus tarixçi və ədəbiyyatçılarının bir qismi
hətta ifrata vararaq bütövlükdə İranı Persida adlandırmışlar.
Bəzi tarixçilərin fikrincə, «İran» adı əslində coğrafi anlayış
olmaqla geniş bir əraziyə (yaylaya) şamil edilir. Bu coğrafi
anlayış bəzən İran dilləri qrupunu bildirən məfhum kimi də
işlədilir. İran dilləri qrupuna fars, puştu, tat, Mazandaran, tacik,
Gilan, kürd və başqaları daxildir.