______________Milli Kitabxana_____________
182
biri Assuriya ordusuna qarşı təkbaşına mübarizə aparmalı olur,
yaxud xərac göndərməklə Assuriya ilə müstəqil siyasi əlaqə
yaradırdılar.
Mannaya qarşı Assuriya və Urartunun hücumları ara
vermirdi. Manna hökmdarları ölkəni vahid mərkəzdə birləşdirib,
xarici hücumların qarşısını almağa çalışırdılar.
E.ə. IX əsrin sonu-VIII əsrin əvvəlində Manna güclü bir
dövlətə çevrilmişdi.
Mannanın ərazisi şimalda Araz çayına çatırdı, cənubda və
cənub-şərqdə Kaspi ölkəsi, Parsua və Midiya ilə həmsərhəd idi.
İranzunun hakimiyyəti dövründə Manna qüdrətli dövlət olmuşdur.
Bu dövrdə Mannanın xarici siyasətində iki meyl var idi. Bir
qrup Assuriya ilə ittifaqa meyl göstərir, bununla da Manna
torpaqlarının bütövlüyünü saxlamağa çalışırdı. İranzu Assuriyaya
müttəfiq kimi baxır və onun siyasi üstünlüyünü tanıyırdı.
Urartunun hücumlarına qarşı uzun müddət mübarizə aparan
Mannaya əmin-amanlıq lazım idi. Başqa bir qrup isə Urartu ilə
ittifaq tərəfdarı idi. Onların siyasəti Manna vilayətlərinin mərkəzi
dövlət ətrafında birləşməsinə mane olur, ölkənin parçalanmasına,
torpaqlarının isə Urartu tərəfindən işğalına şərait yaradırdı.
Mannada dövlətçilik ənənəsi qədim köklərə malik idi. Hələ
e.ə. III minillikdə onun ərazisində dövlət qurumları meydana gəlir.
Dövləti hökmdar idarə edirdi. Hökmdar mütləq hakimiyyətə
malik idi. E.ə. VIII əsrin ikinci yarısında hakimiyyət irsi olaraq
atadan oğula keçirdi. Dövlətə qədim Azərbaycan türk sülaləsi
başçılıq etmişdir. Manna mərkəzləşmiş dövlət idi. Ölkənin
vilayətlərini canişinlər idarə edirdilər. Onlar mərkəzi hakimiyyətə
tabe idilər. Dövlətin idarə işlərində müxtəlif əyanlar və məmurlar
çalışırdılar. Məmurlar mixi qaynaqlarda əyan, ağsaqqal,
məsləhətçi, başçı və canişin adlandırılmışlar. Dövlətin idarəsində
hakim ailənin üzvləri də iştirak edirdilər. Mannada ağsaqqallar
şurası da fəaliyyət göstərirdi. Lakin bu şura hökmdardan asılı idi.
Manna hökmdarları ölkəni yadelli basqınlardan qorumaq
üçün qonşu Assuriyaya ilə diplomatik əlaqələr yaratmış və
ölkənin ərazi bütövlüyünü saxlamağa müvəffəq olmuşdular.
|