______________Milli Kitabxana_____________
181
QƏDİM MANNA DÖVLƏTİ
E.ə. I minilliyin əvvəllərində Urmiya gölündən-cənub şərq-
də hövzəsində mərkəzləşdirilmişmiş Manna dövləti yaranmişdı.
Manna dağlıq ölkə idi. Ərazisindən müxtəlif çaylar axırdı.
Urmiya gölünün suyu duzlu olduğundan suvarma üçün yararsız
idi. Məhsuldar çay vadiləri sıx məskunlaşmışdı. Manna ərazisində
çoxlu faydalı qazıntı yataqları (dəmir, mis, gümüş, qızıl, qurğuşun
v. s.) vardı. Mannanın düzən və dağətəyi yerlərinin əhalisi
əkinçiliklə məşğul olurdu. Arxeoloji qazıntılar zamanı bu
ərazilərdə arpa, buğda və darı qalıqları tapılmışdır. Əkinçilər
torpağı dəmir toxa və xış ilə şumlayırdılar. Taxılı dəmir oraqla
biçirdilər. Assuriya mixi yazılarında göstərilir ki, Mannada taxıl
anbarları olmuşdur. Böyük anbarlar dövlətə, yaxud hökmdara
məxsus idi. Quraqlıq, yaxud aclıq vaxtı dövlət anbarlarından
əhaliyə taxıl paylanırdı. Bağçılıq və üzümçülük də inkişaf etmişdi.
Üzümdən şərab hazırlayırdılar.
Mannalıların həyalında maldarlıq mühüm yer tuturdu.
Atçılıq geniş yayılmışdı. Mannanın Subi vilayəti öz atları ilə
xüsusilə fərqlənirdi. Manna əhalisi oturaq həyat sürürdü. Yaz və
yay aylarında mal-qaranı, qoyun-quzunu dağlara aparırdılar. Bara
(Sanqibuti) vilayətində hökmdar sürüləri saxlanılırdı. Təsərrüfatda
dəvədən də istifadə edirdilər.
E.ə. I minilliyin başlanğıcında Azərbaycanın cənubunda,
Urmiya gölü ətrafında mərkəzləşmiş dövlətin meydana gəlməsi
üçün şərait əmələ gəlmişdi. E.ə. IX əsrdə burada Manna dövləti
yarandı. Lakin həmin dövrdə Manna hələ bütün cənubi
Azərbaycan torpağını əhatə edə bilməmişdi. Manna adına ilk dəfə
e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı
kitabəsində rast gəlinir. Bu yazılarda Manna tayfa adını bildirir.
E.ə. XI əsrdə Manna ərazisində müstəqil siyasət yürüdən
Zamua, Gilzan, Alateye, Surikas, Gizilbunda, Zikirtu, Andia və s.
vilayətlər meydana gəlmişdi. Zamua ölkəsi Mannanın əsas
hissəsini təşkil edirdi. Urmiya gölündən cənubda yerləşən Zamua
əvvəllər lullubilərin ölkəsi olmuşdur. E.ə. IX əsrin birinci
yarısında Zamuanı ayrı-ayrı hakimlər idarə edirdilər. Buna görə də
xarici hücumların qarşısını almaq mümkün olmurdu. Onların hər
|