______________Milli Kitabxana_____________
314
mifologiyası da adlanır. Bəzən «protodravid» sivilizasiyasını da
oraya daxil edirlər. Mohenco-Daro və Harappa arxeoloji
qazıntıları ən qədim dövr mədəniyyəti haqqında ətraflı məlumat
verir. Keçən əsrin 20-ci illərində aparılan arxeoloji qazıntılar
yüksək mədəniyyət mərkəzlərini aşkar etmişdir. Harappa
mədəniyyəti dövrünün adamlarının dini-mifoloji təsəvvürləri
protohind mifologiyasını təşkil edir. Qeyri-hind, qeyri-ari xalqları,
tayfa və qəbilələrinin yaratdığı bu mifologiya sistemi ilə yanaşı,
Hind mifologiyasının ünsürlərini vedlərin mifologiyası, hinduizm
mifologiyası, buddizm mifologiyası, çaynizm mifologiyası və s.
təşkil edir. Məlum olduğu kimi, brəhmənizm qədim hindlilərin
quldarlıq cəmiyyətinin təşəkkülü dövründə vedizm dininin daha
da inkişaf etdirilməsindən ibarət olan dindir. Vedlər və bunların
e.ə. VIII-VI əsrlərdə tərtib olunmuş geniş şərhləri («brəhmənlər»,
«aranyakilər» və «upanişadlar») daxildir. Brəhmənizm ciddi kasta
bölgüsü üzrə dini cəhətdən əsaslandırılmış brəhmənlərin varnasını
(silkini) təşkil edən peşəkar kahinlərin imtiyazlı vəziyyətlərini
təqdis etmişdir. 4 varnadan onların (brəhmənlər, kşatrilər,
vayşilər, şudralar) hər biri üçün xüsusi davranış qaydaları,
hüquqlar, vətəndaşlıq və dini vəzifələr (dharma) müəyyən
edilmişdi.
Dörd kastaya (varnaya) bölünmə Qədim Hindistan
cəmiyyətinin səciyyəvi cəhətidir. Bu kastalar 1) brəhmənlər
(ağlar) - yəni əqli əməklə məşğul olan kahinlər; 2) kşatrilər
(qırmızılar) - hərbçilər; 3) vayşilər (sarılar) - əkinçi, sənətkar və
ticarətlə məşğul olanlar; 4) şudralar (qaralar) - ən aşağı, ağır işləri
icra edənlər, nökərlər. Ari irqinə mənsub olan birinci üç kastada
mənəviyyat brəhmənlərə, əməli (faktiki) hakimiyyət kşatrilərə
məxsus idi, vayşilər əməkçi xalq kütlələri, maddi nemətləri
yaradanlar, şudralar isə qullar, nökərlər, ən ağır əməklə məşğul
olanlar idi.
Qədim Hindistanda yaranan primitiv fəlsəfi baxışlarda,
sonralar isə fəlsəfi sistem və məktəblərdə göstərilən ictimai
bölgülərdəki mühüm və kastaların ictimai-siyasi mövqelərində
müqayisəli nöqteyi-nəzər öz fəlsəfi təcəssümünü tapa bilmişdir.
Həmin kasta sistemi eyni zamanda bütün dinlərdə də bu və ya
|