______________Milli Kitabxana_____________
313
müxtəlif varlıqlarda yenidən canlanmış ruhun sərgüzəştləri
haqqında təlimdir. Bu qanun kasta qaydalarına və ya dharmaya
əməl edilməsi və ya edilməməyi ilə müəyyən edilir. Hinduizmdə
insanların allah qarşısında bərabərsizliyi, kasta bölgüsünün
ilahiliyi haqqında təlim mühüm yer tutur. Hinduizmin dini-fəlsəfi
təsəvvürləri üçün təbiətə qarşı duran atman haqqında, allahın
zühur etdiyi insan ruhu haqqında və brəhmən (dünya ruhu)
haqqında, mənəvi mahiyyətlər haqqında təlim olduqca
səciyyəvidir. Hinduizmə görə, insan həyatının məqsədini (buddist
nirvanasından fərqli olaraq) atmanın təbiətdən azad olması və
brəhmənlə birləşməsi təşkil edir. Buna da dharmanın yerinə
yetirilməsi vasitəsilə nail olunur. Bundan başqa başlıca allah
yaratma (Brəhmə), hifz etmə (Vişna), məhv etmə (Şiva)
xassələrini özündə təcəssüm etdirən, üç sifətə malik vahid allah
mövcuddur. Brəhməyə faktiki olaraq sitayiş etmirlər. Vişnuya və
Şivaya (bunlarla bir sırada digər allahlara) sitayiş edirlər. Pərəstiş
obyektindən asılı olaraq bu dində iki əsas və olduqca mühüm
hesab olunan cərəyan: vişnuizm və buddizm bir-birindən
fərqlənir. Məlum olduğu kimi, hinduizmin bir cərəyanı olan
Vişnuizmdə avatarlar haqqında Vişnanın allahlarda, insanda və ya
heyvanlarda vaxtaşırı təcəssüm etməsi haqqında təsəvvür ön
sırada durur. Məsələn, Budda Vişnanın avatarası hesab olunur.
Bütün bunlar isə hinduizmin universallığını, yəni digər dini
etiqadlara, xüsusilə buddizmə uyğunlaşa bilməsi imkanını sübut
edir. Hinduizm bir din kimi bütün etiqad növlərinin, o cümlədən
primitiv animizm etiqadlarından tutmuş, incə fəlsəfi buddizmə
qədər hamısının mövcudluğunu qəbul edir. Teoloji baxımdan
hinduizm vahid din olmayıb müxtəlif dinlərdən təşkil olunmuş
kimi özünü göstərir.
Şərt olaraq üç tipə ayrılan Hind mədəniyyət sistemində Hind
mifologiyası olduqca zəngin və mürəkkəbdir. Hind mədəniyyəti
qədim Hindistanda mövcud olan bir sıra mifoloji sistemlərin (o
cümlədən, miflərin və orada iştirak edən personajların
məcmusudur. Dini-mifoloji təsəvvürlərin mənşəyi ən qədim,
ibtidai dövrlərə gedib çıxır. Qəbilə-tayfa mifologiyası həmin
sıradandır. Bunlar çox vaxt yerli əhalinin adı ilə dravid
|