______________Milli Kitabxana_____________
401
kiçik Plini, satiriklər Yuvenal (60-127), Petroni (?- 66), Lukian
(120-190), Vergili (e.ə. 90-19), Horasi (e.ə. 65- b.e. 8), Ovidi (e.ə.
43-b.e. 18) kimi yazıçı və şairlər Roma mədəniyyətinə dünya
şöhrəti gətirmişlər. Bu dövrdə Roma tarixşünaslığı özünün
zirvəsinə çatmışdır. Tit Livi (e.ə. 59-b.e. 17), Böyük Plini (23/24-
79), İosif Flavi (37-100), Publi Korneli Tasit (58-117) və s. həmin
dövrün tarixçiləridir. I-II əsrlərdə iki məşhur tikili - antik
dünyanın ən böyük amfiteatrı Kolizey və bütün allahların şərəfinə
Panteon tikilmişdir. Roma təsviri sənətinin gözəl nümunələri 79-
cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında
qalmış Pompey, Herkulanum və Stabya şəhərlərində
saxlanılmışdır.
395-ci ildə Roma imperiyası paytaxtı Konstantinopol
olmaqla Şərqi və Qərbi Roma imperiyasına bölündü. Bu dövr də
xristianlıq bütün Roma imperiyasına yayılmağa başlamışdı.
Əvvəllər xristianlar təqib olunsalar da sonralar həmin ərazilərdə
xristianlıq hakimi mütləq dinə çevrildi. Antik dövrün sonunda
xristian ədəbiyyatı yayılmağa başladı. Bu dövrdə Avzani və
Klavdian (375-404) kimi yazıçılar və tarixçi Ammian Marselin
(330-400) yaşasalar da, onların xristianlıqla heç bir əlaqəsi
olmamışdır. Xristian təlimi hər iki imperiyada geniş yayılmışdı.
Qərbi Roma imperiyası 476-cı ilə qədər Şərqi Roma imperiyası
isə 1453-cü ilə qədər mövcud olmuşdur.
|