______________Milli Kitabxana_____________
399
Afrodita ilə, Yunona-Hera ilə, Serera-Demetra ilə, Vulkan-
Hevestlə, Minerva-Afina ilə, Merkuri-Hermeslə, Diana-Artemida
ilə eyniləşdirilmişdi. Apollon kultu e.ə. V əsrdə mənimsənilsə də
onun analoqu yox idi. Sırf İtaliya allahlarından biri Yanus ikiüzlü
təsvir olunurdu. O hər cür başlanğıcın həm girişi və həm də
çıxışını ifadə edirdi. Qədim İtaliya allahlarından ev allahları -
Lara, Genşi, Penatya da tanınırdı.
Roma allahlar panteonu qapalı deyildi. Əksinə, o başqa
xalqların allahlarını da özünə daxil edirdi. Romalıların fikrincə,
başqa xalqların allahları onların qüdrətini daha da artırırdı.
Yunan ədəbiyyatı Romaya böyük təsir göstərmişdir. İlk
Roma yazıçı və şairləri yunanlar olmuşdur. Məsələn, ilk Roma
şairi yunan Livi Andronik hesab olunur. O, yunan faciə və
komediyalarını, o cümlədən Homerin «Odisseya»sını latın dilinə
çevirmişdi.
Ən görkəmli Roma yazıçısı Tit Maksi Plavt (e.ə. III-II
əsrlər) olmuşdur. Onun əsərlərinin (“Eşşəklər”, “Küp”, “Lovğa
döyüşçü”) qəhrəmanları yunan adları daşısalar da, Roma reallığını
əks etdirirdilər. Öz komediyalarında (“Hərəmağası”, “Androslu
qız”) ənənəvi məzhəkə sxemlərindən xeyli kənara çıxan Publi
Terensiusun (e.ə. 195-159) yaradıcılığı Avropa dramaturgiyasına
böyük təsir göstərmişdir. Roma faciələri əslində təqlidçiliklə
məşğul idi. E.ə. I əsrdə yaşamış məşhur Roma yazıçısı və filosofu
Tit Lukresi Kar «Şeylərin təbiəti haqqında» poemasında Epikurun
təlimini şərh etmişdir. Qay Valeri Katull (e.ə. 87-54) lirik poeziya
ustadı olmuşdur.
Latın dilində ilk nəsr əsəri olan “Kənd təsərrüfatı haqqında”
traktat Böyük Katona (e.ə. 234-149) mənsubdur. Varronun (e.ə.
116-27) «Allah və insanın əməllərinin qədimliyi» əsəri bir növ
tarixi-coğrafi və dini ensiklopediya təsirini yaradır. Görkəmli
dövlət xadimi, məşhur natiq, hüquqşünas, filosof, yazıçı Mark
Tulli Siseronun (e.ə. 106-43) əsərləri (“Dövlət haqqında”, “Vəzifə
borcu haqqında” və s.) hələ antik dövrdə klassik və ya “qızıl” latın
ədəbiyyatının ən gözəl nümunələri olmuşdur.
«Katilinanın qəsdi», «Yuqurta müharibəsi», “Tarix” və s.
əsərlərin müəllifi Qay Salyusti Krisp (e.ə. 86-35) respublika dövrü
|