______________Milli Kitabxana_____________
395
qövs şəklində örtüyə deyilir. Tağdan Zəfər tağlarında, körpü, bina,
su kəməri tikintisində geniş istifadə olunurdu.
Qübbə qövs şəklində tavana deyilir. Günbəz tərsinə
çevrilmiş cam şəklində tavana deyilir. Allahların məbədi sayılan
və indiyə qədər qalan Panteon günbəzin ən gözəl nümunəsidir.
Romada heykəltəraşlığın özünəməxsus xüsusiyyəti var idi.
Onlar yunanların və şərqdən gətirdikləri heykəllərin surətini
çıxarır və yenilərini yaradırdılar. Onlar Olimp allahlarına sitayiş
edir, amma onların adlarını dəyişirdilər. Məsələn, Zevsi Yupiter,
dəniz allahı Poseydonu Neptun, Hefesti Vulkan adlandırırdılar.
Roma ədəbiyyatı yunan ədəbiyyatı ilə bağlı idi. E ə I əsr və
eramızın I əsri Roma poeziyasının “qızıl dövrü” adlanırdı.
İmperator Avqust şairləri himayə edirdi. Onun dostu, varlı
Mesenat şairlərə qayğı göstərirdi. Onun evi şairlərin üzünə açıq
idi, onlardan səxavətini əsirgəmirdi. Sonralar “mesenat” sözü varlı
incəsənət himayəçisi mənasında işləndi.
Roma şairlərindən biri Vergili (e.ə. 70-19) idi Onun 12
cilddən ibarət olan “Eneida” poeması Troyanın müdafiəçisi, ilahə
oğlu, romalıların atası sayılan Eneyin başına gələn hadisələrdən
bəhs edir. Eney yanan Troya şəhərindən qoça atasını çıxarır, bir
müddətdən sonra İtaliyaya-Romaya gəlir və burada məskən salır.
Eney atasının ruhu ilə görüşmək üçün yeraltı səltənətə gedir.
Atasının ruhu ona xəbər verir ki, onun nəsli Romanın əsasını
qoyacaq. Eney özünün gələcək nəslini və onların arasında
Romaya dinclik gətirəcək Avqustun təntənəsini görür. Vergili
poemasında Avqustun və onun dövrünü təsvir etmiş, bunun üçün
qədim əfsanələrdən məharətlə istifadə etmişdi.
E.ə. I əsrdə yaşamış Tit Lukresi Kar “Əşyaların təbiəti
haqqında” fəlsəfi poemasını şerlə yazmışdı. Görkəmli şair və alim
olan Lukresi bu əsərində insanın və təbiətin tarixi haqqında o
dövrün qabaqcıl ideyalarını əks etdirmişdir. Onun fikrincə, təbiət
atomlardan ibarətdir. O, insanların həyatını və təbiət hadisələri
qarşısında onların acizliyini canlı təsvir etmişdi. O, bu qənaətə
gəlmişdi ki, insanın təbiət hadisələri qarşısında acizliyi dinin
meydana gəlməsi ilə nəticələnmişdir. Onun dediyinə görə,
əkinçilik, od, incəsənət, yazı allahın insanlara mərhəməti
|