______________Milli Kitabxana_____________
147
atalar sözləri vardır: məsələn, aciz, heç bir işə yaramayan adam
haqda deyirdilər: «Səni suya atsalar, su iylənər; səni bağçaya
buraxsalar, bütün meyvələr çürüyər». Daim sızıldayan adam
deyərmiş: «Mən uğursuz bir gündə anadan olmuşam».
Şumerlər biliyi, savadı yüksək qiymətləndirirdilər. Ana
dilini bilməyi üstün tuturdular. Hikmətli ibarədə deyilir: «Bu necə
mirzədir ki, şumer dilini bilmir!». Şumer dilini öyrənəni
tərifləyirdilər: - «Bax, bu xidmətçi şumer dilini öyrənmişdir» -
deyərdilər. Mirzə sənətini qiymətləndirir, yaxşı mirzəni pisdən
seçirdilər. Onların fikrincə, mirzə cəld olmalı idi: - «Əsl mirzə o
adamdır ki, əli ağzından geriyə qalmasın» - deyirmişlər.
Şumerlərin həyatında ailə məsələləri mühüm yer tuturdu.
Ailədə tənbəl kişi haqda zərb-məsəl yaratmışdılar. Ailə başçısı
deyinir: «Arvadım məbəddədir, anam çay kənarında, mən isə
(evdə) acından ölürəm». Bəzən kişilər yaxşı ailə qura
bilmədiklərindən evləndiklərinə peşman olurdular. Uğursuz nikah
halları üçün aşağıdakı
zərb-məsəl vardı: «Xoşbəxtlik
evlənməkdədir, lakin bir az fikirləşəndə ayrılmaqdadır».
Şumerlər ailə və övladların qədrini bilir və buna yüksək
qiymət verirdilər. Çox maraqlıdır ki, qaynanalar haqda atalar sözü
yaratmamışlar. Yəqin ki, onlar üzüyola olmuş, ailənin
bütövlüyünü qorumuşlar. Lakin gəlin qayınata üçün bəla imiş.
«Çöldə bardaq - kişi üçün həyatdır.
Ayaqqabı - kişi üçün göz bəbəyidir.
Arvad kişinin gələcəyidir.
Oğul - kişi üçün sığınacaq yeridir.
Qız - kişi üçün nicat yeridir.
Amma gəlin - kişi üçün lənətdir».
Şumerlərin fikrincə, ailə məhəbbət əsasında qurulmalıdır.
Qarşılıqlı istək olmayan nikah haqda deyərdilər: «Gəlinin ürəyi
fərəhlə doludur, bəyin ürəyi qəm-qüssə ilə». Xeyirli nikah güdən
qızlar haqda belə zərb-məsəl vardı: qız deyir: «Mən məhəbbətimi
kimə bəxş edim? Bəlkə hər şeyi bol olana, kifayət qədər varı
olana?»
Şumerlər ailə qurmağın müsbət və mənfi cəhətlərini
müşahidə etmiş, deyingən arvadlar haqda zərb-məsəl
|