______________Milli Kitabxana_____________
216
Sənətlərdən dulusçuluq, toxuculuq, daş və sümük emalı yaxşı
inkişaf etmişdi. Toxa əkinçiliyi hökm sürürdü, taxılı qurma
oraqlarla biçir, qablarda və ya xüsusi çalalarda saxlayırdılar.
Maldarlıq inkişaf edirdi. Həm xırda, həm də iri buynuzlu heyvan,
e. ə. V əsrdən başlayaraq at saxlayırdılar. Cəlilabadda Əlikəmək
təpəliyində əhliləşdirilmiş at sümükləri tapılıb. Həmin dövrdə
misdən yalnız bəzi alətlər düzəldirdilər. Ondan əsasən zinət
əşyaları hazırlayırdılar. Qadın əvvəlki kimi cəmiyyətdə aparıcı rol
oynayır. Eneolit matriarxatın çiçəklənmə dövrüdür. Külli
miqdarda gildən düzəldilmiş qadın fiqurları tapılıb. Eyni zamanda
icmanın həyatında ağsaqqallar şurası əhəmiyyətli rol oynamağa
başlayır. Dəfn mərasiminə böyük diqqət yetirilirdi. İnsanları evlər
arası ərazilərdə, uşaqları isə evin içində döşəmənin altında dəfn
edirdilər. Dini mərasimlərdə ovsun böyük yer tuturdu.
Qobustandakı bəzi rəsmlər də həmin mərasimləri təsvir edir.
E. ə. IV minillikdə eneolit dövrünü tədricən patriarxata
təkan vermiş tunc dövrü əvəz edir. Bu dövr e. ə. II minilliyə qədər
davam edir. Azərbaycanda külli miqdarda mis filizi yataqları var (
Naxçıvan, Daşkəsən, Qarabağ, Gədəbəy və b.). Lakin misdən
düzəldilən alətlər davamsız olurdu. Misə arsen, sürmə, nikel,
sonralar isə qalay kimi müxtəlif aşqarlar əlavə edən insanlar
bürünc kimi möhkəm qatışıq əldə etdilər. Ondan başlıca əmək
alətləri, silah və zinət əşyaları istehsal etməyə başladılar.
Cəmiyyətdə əhəmiyyətli dəyişikliklər baş verdi. Yeni təsərrüfat
sahələri yaranır, ictimai və mülki bərabərsizlik artırdı.
Azərbaycanda qəbilələr və qəbilə ittifaqları kimi iri etnos-mədəni
birliklər yarandı. Azərbaycanda tunc dövrü üç mərhələyə bölünür.
Birinci mərhələ (e. ə. IV minilliyin II yarısı - III minillik) Kür-
Araz mədəni dövrü kimi məlumdur. Bu dövrün başlıca abidələri
məhz burada, Kür və Araz çaylararası ərazidə aşkar edilib.
Qarabağ, Naxçıvan, Qazax, Xaçmaz, Şəmkir və Qobustanda
həmin dövrün abidələri tədqiq edilib.
Əhali həmin ərazidə sürətlə artırdı. Əgər neolit və eneolit
dövrlərində əhali yalnız düzənliklərdə yaşayırdısa, alt tunc
dövründə insanlar dağətəyi və dağlıq bölgələrdə məskən saldılar.
Sahəsi 3-5 ha olan iri məskənlərdə yaşayırdılar. Adətən çay
|