______________Milli Kitabxana_____________
215
zağa”, “Firuz” və digər mağaralarda külli miqdarda çaxmaq daşı,
sümük, və obsidiandan düzəldilmiş bıçaq, ərsin, biz, qırmaq, nizə
və ox ucluqları və mikrolit alətlər tapılıb. Qobustanda külli
miqdarda mezolit dövrünə aid qaya rəsmləri mövcuddur. Onlar
totemizm təsəvvürləri, ov səhnələrini və s. təsvir edir. Qobustanın
ən qədim qaya rəsmləri mezolit dövrünə aiddir. Mezolit dövründə
mərhumun qəbrinə o dünyada istifadə etmək üçün müxtəlif
əşyalar qoymağa başladılar. Belə qəbirlər “Firuz” məskənində
aşkar edilib. Qobustanda qaya rəsmlərini İ. Cəfərzadə aşkar edib.
Mezolit dövrünə aid əmək alətləri və mikrolit alətlər Qazaxda
Damcılı mağarasında tapılıb. E.ə. VII-ci minillikdə Azərbaycanda
neolit dövrü başlanır. Onun əsas cəhəti istehsal edən təsərrüfatın
təşəkkülü və inkişafıdır. Bunu neolit inqilabı adlandırırlar.
Azərbaycanda bu proses eneolit dövründə, yəni e. ə. V-IV
minillikdə tamamilə başa çatır. İnsan təbiətdən daha az asılı olur.
Azərbaycanda əkinçilik və heyvandarlığın inkişafı üçün zəruri
şərait mövcuddur. Neolit dövründə Azərbaycanda dulusçuluq və
toxuculuq meydana gəlir. Neolit dövründə alətlər əsasən çaxmaq
daşından idi. Neolit dövrünün başlıca abidələri Gəncə tərəfdə,
Təbriz yaxınlığında və Bakı yaxınlığında Qobustanda aşkar edilib.
Qazax rayonunda daş toxa, oraq içlikləri, balta və gürzlər tapılıb.
Alətlər əsasən çaxmaq daşı və obsidiandan düzəldilib. Çaxmaq
daşından kənd təsərrüfatı alətləri və obsidiandan səpin və biçin
alətləri külli miqdarda Gəncə yaxınlığındakı məskəndə tapılıb.
Eneolit dövründə istehsal edən təsərrüfat daha çox inkişaf
edir. İnsanlar ilk dəfə metalla - mislə tanış olur. Lakin daş alətlər
hələ də üstünlük təşkil edirdi. Eneolit dövründə əhali surətlə artır.
Əsas məşğuliyyət toxa əkinçiliyidir. Gəncə-Qazax, Mil-Qarabağ,
Muğan və Naxçıvan bölgələrində, habelə Cənubi Azərbaycanda
Urmiya gölü yaxınlığında və Təbriz ətrafında külli miqdarda
neolit dövrü yaşayış məskənləri qeydə alınıb. Eneolit dövründə
insan çay sahillərində kiçik məskənlərdə yaşayırdı. Çiy kərpicdən
tikilmiş evlər dəyirmi formada idi. Evlərdə ocaq və həsir var idi.
Kiçik evlər icma torpağında öz sahəsi olan təknikahlı ailə, ər-
arvad üçün nəzərdə tutulmuşdu. Əkinçilik və maldarlıqla yanaşı
ovçuluq və balıqçılıqla məşğul olmağa davam edirdilər.
|