______________Milli Kitabxana_____________
223
dövlət qurumuna çevrilmişdi və ona hökmdar başçılıq edirdi.
Lullubilər Assuriyanın Nuzi şəhərində də məskunlaşmış və
yerli hürri tayfası ilə yaxın əlaqədə olmuşlar. Bu şəhərdə həm
lullubi, həm də hürri qullarının əməyindən istifadə olunurdu.
Azad lullubilər muzdlu döyüşçü kimi orduda xidmət
edirdilər.
Hürrilər onları nullu (nullahhi), yəni yadelli adlandırırdılar.
Lullubilərin döyüş məharəti qonşularda vahimə yaradırdı. Bəzən
urartulular lullubi etnik adını “düşmən” mənasında işlədirdilər.
Kuti (yaxud Quti) dövlət qurumu. Urmiya gölündən qərbdə
və cənub-qərbdə Kuti tayfa birliyi yaşamışdır. E.ə. III minilliyin
ikinci yarısında Kuti (yaxud Kutium) dövlət qurumu yaranmışdır.
E.ə. XXII əsrin əvvəlində kutilər Akkad dövlətini süquta
uğratmışlar. Bu zaman Kuti dövlətinin sərhədləri şimalda Urmiya
gölünün qərbindən cənubda İran körfəzinə qədər uzanmışdır.
Kutilər Şumer və Akkadda mövcud olan idarə sistemini
saxlamışlar. Ölkə canişinlər vasitəsi ilə idarə edilirdi. Kutilərə
tabe olan Şumer şəhər hakimləri ensi rütbəsini saxlamışdılar.
Kuti hökmdarlarının şərəfinə yazılmış qısa mətnli kitabələr
akkad dilində tərtib olunurdu. Kutilərin hakimiyyəti illərində
Mesopotamiyada şəhərlərarası toqquşmalara son qoyulmuşdur.
Yuxarı dənizdən (Urmiya gölü), Aşağı dənizə (İran körfəzi) qədər
uzanan ticarət yollarında
əmin-amanlıq yaranmışdır.
Mesopotamiyaya xarici hücumların arası kəsilmiş, Urmiya gölü
hövzəsi ilə dinc əlaqələr yaranmışdır. Şumer və Akkad gəncləri
kuti qoşunlarına xidmətə cəlb olunmuşlar.
Kutilər Mesopotamiya (İkiçayarası) mədəniyyətinə cəlb
olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi
yazılar ilə tərtib olunurdu.
Kutilər Ay allahına, məhəbbət, bərəkət və məhsuldarlıq
ilahəsinə sitayiş edirdilər. Onlar Şumerdə ənənəvi məbəd
tikintisini davam etdirir, yaxud sökülmüş məbədləri bərpa
edirdilər. Kutilər və onların hökmdarları türk mənşəli idilər.
E.ə. III minilliyin sonunda Kuti və Lullubi dövlətləri xırda
vilayətlərə parçalandılar.
E.ə. III minillikdə Mesopotamiyada əvvəl Şumer şəhər-
|