Dərslik Azərbaycan Respublikasının Təhsil Nazirliyinin



Yüklə 7,67 Mb.
Pdf görüntüsü
səhifə144/328
tarix30.12.2021
ölçüsü7,67 Mb.
#21404
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   328
______________Milli Kitabxana_____________ 

 177


şəhərlər salırdılar. Cənubi Qafqazda inşa edilmiş Teyşebaini, 

Argiştihinili və Erebuni kimi qala-şəhərləri yüksək inkişaf 

səviyyəsinə çatmışdı. Urartu hökmdarları süni suvarma işini zəruri 

hesab edir, kanallar çəkdirilirdilər. Bu kanallara bəzən müvafiq 

hökmdarın adı verilirdi. Bağ-bağça və üzümlüklərin salınması 

hökmdarın göstərişi ilə həyata keçirilirdi. 

Yeni şəhərlərə işğal olunmuş ölkələrin əhalisi köçürülürdü. 

Belə  əsirlər Cənubi Qafqazdan, Şimali Suriyadan və Mannadan 

gətirilirdi. Köçürülmüş əhali əsasən qul halına düşürdü. Qul əməyi 

dövlət təsərrüfatında tətbiq olunurdu. 

Urartunun apardığı geniş miqyaslı müharibələr ordunun 

təkmilləşdirilməsini tələb edirdi. Əsirlər Urartu ordusunda 

xidmətə  qəbul olunurdular. Ordunu Assur tipli silahlarla təchiz 

edirdilər.  İşğal olunmuş ölkələrdə  hərbi və inzibati mərkəzlər 

yaradılır, orada hərbi dəstələr yerləşdirilirdi. Bu minvalla əhalinin 

Urartuya itaətini təmin edirdilər. Ordunun hərəkətini 

sürətləndirmək məqsədilə süvari dəstələri yaradılmışdı. Ölkədə 

atçılığın inkişafına lazımi fikir verilirdi, hətta xəracın bir qismini 

atlar təşkil edirdi. At ölkəyə qənimət kimi də gətirilirdi. Urartuda 

at çapma və oxatma yarışları keçirilirdi. 

Dövlətin  ərazisi canişinliklərə bölünmüşdü.  İşğal olunmuş 

torpaqlarda, xüsusilə Cənubi Qafqazda canişinliklər yaradılmışdı. 

Vilayətin idarə olunması canişinə tapşırılırdı. Hər bir vilayətin 

hərbi qüvvələri və inzibati idarəsi vardı. Urartunun Cənubi 

Qafqazda işğalları yerli idarə formalarının dəyişilməsinə  şərait 

yaratdı. Burada xırda hökmdarlar bu və ya digər  ərazini idarə 

edirdilər. Urartunun Cənubi Qafqaza qəsbkarlığı buranın daxili 

inkişaf prosesini pozur və onların dövlət  şəklində birləşməsini 

ləngidirdi. 

Urartu mədəniyyətinə Assur, Hurri və Het mədəniyyəti təsir 

göstərmişdi.  İkiçayarasından mixi yazı  mənimsənilmiş  və Urartu 

dilinə uyğunlaşdırılmışdı. Urartu sənətkarları istehkam və qala 

inşası sahəsində püxtələşmiş  və  şəhərsalma inşaat qaydalarını 

mənimsəmişdilər. 





Yüklə 7,67 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   328




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin