Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


partiyasını da bağlamışdı. Bütün ölkədə sərt mərkəzləşdirilmiş idarə sistemi və



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə217/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   213   214   215   216   217   218   219   220   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik


partiyasını da bağlamışdı. Bütün ölkədə sərt mərkəzləşdirilmiş idarə sistemi və 
diktatura rejimi bərqərar edildi. Ölkənin siyasi, sosial - iqtisadi və mədəni 
həyatında bu vaxta qədər aparıcı mövqe tutmuş Azərbaycan türklərinin 
tamamilə zəiflədilməsi, farsların hakim millətə çevrilməsi və bütün xalqların 
farsların içərisində əridilməsi Rza şah hökumətinin daxili siyasətinin ana xəttini 
təşkil edirdi. Rza şahın irqçi paniranizm nəzəriyyəsinə söykənən və dövlət 
səviyyəsində həyata keçirilən milli zülm siyasəti Azərbaycan türklərinin 
assimilyasiyaya uğradılaraq bir millət kimi məhv edilməsinə yönəldilmişdi. Bu 
siyasət nəticəsində Cənubi Azərbaycanda ana dilində təhsil almaq, kitab və 
qəzet çap etmək, teatr tamaşaları göstərmək, məktəblərdə və idarələrdə türkcə 
danışmaq qəti qadağan edilmişdi. Türk dilində olan bütün kitablar və 
əlyazmalan toplanaraq yandırılır, türk coğrafi və tarixi yer adları sistemli şəkildə 
farslaşdırılır, türk 
318 


soyadları fars yazılışına uyğunlaşdırılırdı. Şimali Azərbaycandan teatr 
xadimlərinin Cənubi Azərbaycana bütün qastrolları dayandırılmış və Şimali 
Azərbaycanla sərhədlər demək olar ki, bağlanmışdı. Cənubi Azərbaycan 
torpaqları inzibati cəhətdən Şərqi və Qərbi Azərbaycan adlanan iki əyalətə 
(ostana) bölünərək ərazisi xeyli azaldılmışdı. 
Cənubi Azərbaycan İkinci Dünya müharibəsi dövründə 
(1939 - 1945-ci illər) 
1939-cu ildə İkinci Dünya müharibəsi başlayanda İran özünü bitərəf 
ölkə elan etsə də, faşist Almaniyası ilə iqtisadi sahədə sıx əməkdaşlıq edirdi. 
1941-
ci il iyunun 22-də Almaniyanın SSRİ-yə qarşı başladığı müharibənin ilk 
döyüşlərində faşistlərin uğur qazandığını görən Rza ş^ açıq şəkildə almanpərəst 
mövqe tutaraq ölkəni Hitlerin kəşfiyyatçılannm fəaliyyət meydanına çevirmişdi. 
Buna görə də 1941-ci il avqustun 25-də SSRİ və Böyük Britaniya öz qoşunlarını 
İrana yeritdilər. Sovet qoşunları İranın şimalında, yəni Cənubi Azərbaycanda, 
ingilis qoşunları isə İranın cənubunda yerləşdirildi. 1942-ci ilin sonlarında 
ABŞ-m da hərbi hissələri İrana gətirildi. Nəticədə İran, xüsusilə Cənubi 
Azərbaycan müttəfiqlərin İran körfəzi vasitəsi ilə SSRİ-ni hərbi sursat, texnika 
və ərzaqla təmin edən ən mühüm nəqliyyat dəhlizinə çevrilmişdi. Bu üç dövlət 
Tehran hökuməti ilə bağlanan sazişlərə əsasən müharibə bitəndən sonra ən geci 
altı ay ərzində öz qoşunlanm İrandan çıxarmağa söz vermişdi. 
Sovet - İngilis qoşunlarının İrana yeridilməsi Rza şahın hərbi - polis 
rejiminin iflasa uğraması ilə nəticələndi. Rza şah oğlu Məhəmməd Rzanın 
xeyrinə taxtdan əl çəkdi və ölkədə real hakimiyyət parlamentə və hökumətə 
keçdi. Konstitusiyada nəzərdə tutulmuş bir sıra siyasi azadlıqların bərpası və 
siyasi məhbusların həbsdən azad edilməsi ölkədə demokratik hərəkatın 
canlanmasına şərait yaratdı. Əvvəllərdə olduğu kimi, Təbriz yenə də bu 
hərəkatın mərkəzlərindən birinə çevrildi. Pəhləvi rejiminin zəifləməsi Cənubi 
Azərbaycanda milli - azadlıq mübarizəsinin genişlənməsinə gətirib çıxartdı. 
Hərəkatın 1941-1945-ci ilin yayınadək davam edən birinci mərhələsinin əsas 
xüsusiyyətini milli şüurun oyanması və milli dərketmənin güclənməsi şəraitində 
ictimai - siyasi həyatın bütün sahələrində Azərbaycan türk dilinin geniş şəkildə 
işlədilməsi təşkil edir. 1942-ci ildə məktəblərdə, dövlət idarələrində Azərbaycan 
dili sərbəst şəkildə işlədilməyə, bu dildə qəzetlər buraxılmağa və teatr tamaşaları 
göstərilməyə başlandı. Cənubi Azərbaycanda milli ideyaların yayılmasında 
Şimali Azərbaycandan göndərilən yüzlərlə partiya sovet işçilərinin, elm, 
ədəbiyyat və incəsənət xadimlərinin misilsiz xidmətləri olmuşdur. Müharibə 
başlayan kimi Qərbi Ukrayna və Qərbi Belarusiyanı ələ keçirən SSRİ-nin 
rəhbəri İ.Stalinin Cənubi Azərbaycanla bağlı xüsusi planı var idi və bu zaman 
"bölünmüş xalqlar" kartından məharətlə istifadə edilirdi. Sovet qoşunlan İrana 
yeridiləndən sonra, İ.Stalin Sovet dövlətinin İranda ərazi və iqtiadi maraqlanm 
təmin etməyə başladı. 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin