ana dilində keçirilməli idi. (maddə 13)
Saziş bağlanandan sonra Tehran hökuməti Cənubi Azərbaycandakı milli
azadlıq hərəkatını qan içərisində boğmaq üçün hazırlıqlara başladı. 1946-cı ilin
oktyabr ayında Tehran hökuməti Cənubi Azərbaycanla sərhəd bölgələrinə 20
min nəfərdən ibarət hərbi qüvvə cəmləşdirdi və bu istiqamətdə əlavə qüvvələrin
gətirilməsinə başlandı. İran hökumətinin başçısı Qəvam əs - Səltənə qayda -
qanun yaratmaq və guya seçkilərə nəzarəti təmin etmək bəhanəsilə 1946-cı il
dekabr ayının 4-də böyük ordu hissələri ilə Cənubi Azərbaycana hücuma
başladı. İranın Baş Hərbi Qərargahı Cənubi Azərbaycanı tamamilə işğal etmək
üçün xüsusi əməliyyat planı hazırlamış və bu planın həyata keçirilməsinə 40
mindən çox hərbi qüvvə cəlb etmişdi. İran ordusu tank, top, minaatanlarla və
təyyarələrlə silahlanmışdı. Qüvvələrin qeyri -bərabər olmasına baxmayaraq,
1946-cı il dekabrın 7 - 8-də Azərbaycan Xalq Qoşunları və fədai dəstələri
Zəncan - Miyanə cəbhəsində və
Marağa yaxınlığında İran ordusunun
hücumunun qarşısını almışdılar. Ancaq sayca çox olub, silah - sursat və hərbi
texnika baxımından da Azərbaycan Milli Ordusundan qat - qat üstün olan İran
ordusu sürətlə irəliləyərək dekabrın 14-də Təbrizi ələ keçirdi. Artıq dekabrın
20-də İran ordusu Cənubi Azərbaycanı tamamilə nəzarət altına ala bildi.
Cənubi Azərbaycanda fövqəladə vəziyyət elan edildi, komendant saatı qoyularaq tam
işğal rejimi yaradıldı. Bundan sonra düşmən
Cənubi Azərbaycanda xalqa divan tutmağa başladı. Öz qəddarlığı ilə ad çıxarmış fars polkovniki Zəngənə
Təbrizin hərbi qubernatoru təyin edilmişdi. Vaxtilə onun böyük amansızlıqla
demokratlann körpə uşaqlarını təndirə ataraq lavaş bişirtdirməsi heç kimin
yadından çıxmamışdı. Onun əmri ilə Təbrizdə həbs olunanları yerləşdirmək
üçün həbsxanalarda boş yer tapılmırdı.