Dərslik Bakı Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və


  cəzasına məhkum edildi.  Məhkəmə prosesində M.C.Bağırovun əlaltısı



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə227/296
tarix24.12.2023
ölçüsü4,04 Mb.
#190997
növüDərslik
1   ...   223   224   225   226   227   228   229   230   ...   296
Azerbaycan-Tarixi-2016-Derslik

327 


cəzasına məhkum edildi. 
Məhkəmə prosesində M.C.Bağırovun əlaltısı 
erməni Xoren Qriqoryanm 1937-ci ildə Bakıdan atasına yazdığı məktub 
hamını şoka salmışdı. Məktubda o, 100 nəfər azərbaycanlını güUələdiyini 
və 500 nəfərin isə növbə gözlədiyini bildirirdi. 
M.C.Bağırov Markaryan, 
Sumbatov, Qriqoryan kimi erməni cəlladları ilə azərbaycanlılan kütləvi şəkildə 
məhv etməsini əvvəlcə gülünc şəkildə özünün səhvi hesab etsə də, sonda bu işdə 
günahının çox böyük olduğunu etiraf etmiş və məhkəmədə belə söyləmişdi: 
"Xalq qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək və 
asmaq azdır, məni şaqqalamaq və parça - parça etmək lazımdır." 
1937-193
8-ci illərdə həyata keçirilən 
böyük terrorun 
əsas 
icraçılarından biri olan erməni Y.Sumbatov - Topuridze istintaq zamanı ağlını 
itirdiyinə görə məhkəməyə çıxarılmamışdı. Cinayətkar dəstənin digər üzvləri 
X.Qriqoryan, R.Markaryan, T.Borşev isə güllələnmə cəzasına məhkum 
edilmişdilər. 
1954-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin 
birinci katibi vəzifəsinə 
İmam Mustafayev 
(1910 - 1997) seçildi. İ.Mustafayev 
Zaqatala qəzasının Qax kəndində anadan olmuşdur. O, bir görkəmli elm xadimi 
kimi 1950-ci ildə Azərbaycan EA-nın akademiki adını almışdı. 1930 - 1950-ci 
illərdə respublikanın dövlət və hökumət orqanlarında müxtəlif yüksək 
vəzifələrdə çalışmışdı. İmam Mustafayevin respublikaya rəhbərlik etdiyi 1954 - 
1959-cu illər tariximizdə 
Azərbaycanın ictimai-siyasi həyatında milli 
oyanışın başladığı yeni bir mərhələ 
hesab olunur. İmam Mustafayev 
Azərbaycana Sovet İttifaqında ictimai - siyasi həyatın mülayimləşdiyi, sovet 
rejiminin liberallaşdığı və cəmiyyətin müxtəlif təbəqələri içərisində partiya və 
dövlətə inam yaratmaq üçün müəyyən islahatların keçirildiyi şəraitdə rəhbərlik 
etmişdir. 1956-cı ildə Stalinin şəxsiyyətinə pərəstiş rəsmən tənqid olunmuş və 
bütün ölkədə humanist 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   296




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin