Azərbaycan teatrı
səhnəsində klassik
dramaturgiyanın ən gözəl nümunələri ilə yanaşı, o dövrün yazıçı -
dramaturqlarının əsərləri də tamaşaya qoyulurdu. Teatr sənətinin böyük uğurlar
qazanmasında rol oynamış rejissorlardan Adil İsgəndərov, Mehdi Məmmədov,
Tofiq Kazımov, aktyorlardan Ələsgər Ələkbərov, Mərziyyə Davudova,
Hökümə Qurbanova, Rza Əfqanlı, Ağasadıq Gəraybəyli, Möhsün Sənani və
başqaları xalqımıza əvəzsiz xidmət göstərirdilər.
1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi ilə
Azərbaycan kinosu
dünya ekranına çıxdı. Nəinki SSRİ-də, hətta bütün dünyada çox böyük uğurla
nümayiş etdirilən bu film Dövlət mükafatına layiq görülmüşdü. Kino sənətinin
inkişafında "O olmasın, bu olsun" (1956), "Uzaq sahillərdə", "Ögey ana" (1959)
filmlərinin rolu böyük olmuşdur.
Rəssamlardan Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev,
Toğrul Nərimanbəyovun yaratdığı rəsmlər, heykəltəraşlardan Fuad
Əbdürrəhmanov (Nizami və Azad qadın heykəlləri), Cəlal Qaryağdı (Sabirin və
N.Nərimanovun heykəlləri), Tokay Məmmədov (Üzeyir Hacıbəyovım heykəli),
Ömər Eldarovun (Natəvanın heykəli) Bakıda və digər şəhərlərdə qurub
ucaltdıqları abidələr ilə Azərbaycan incəsənəti xeyli zənginləşmişdi. 1940 -
1960-cı illəri cəsarətlə
Azərbaycan rəssamlığının
və
heykəltəraşlığınm
inkişafında yeni mərhələ
hesab etmək olar.
§ 44. Azərbaycan SSR 1970 - 1980-ci illərdə
Respublikanın ictimai - siyasi həyatı
1970 - 1980-ci illərdə respublikanın ictimai - siyasi, iqtisadi və mədəni
həyatında baş vermiş bütün dəyişikliklər 1969-cu il iyulun 14-dən 1982- ci ilin
noyabr aymadək Azərbaycanı idarə etmiş
Heydər Əliyevin fəaliyyəti ilə
bağlıdır.
Heydər Əlirza oğlu Əliyev
10 may 1923-cü ildə Naxçıvan şəhərində
anadan olmuşdur. 0,1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər
Komissarlığında şöbə müdüri vəzifəsində çalışmış və 1944 cü ildən həyatını
bağladığı dövlət təhlükəsizlik orqanlarında vəzifə pillələrində sürətlə
irəliləyərək, 1967-ci ildə
Dostları ilə paylaş: |